Ağdam və Bərdə rayonları üzrə özünüməşğulluq proqramı iştirakçıları da yeni təlimlərdə iştirak edə biləcək
Ağdam və Bərdə rayonları üzrə özünüməşğulluq proqramı iştirakçıları da yeni təlimlərdə iştirak edə biləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşlığı çərçivəsində özünüməşğulluq proqramının Ağdam və Bərdə rayonlarındakı iştirakçıları da cəmiyyətin təşkil etdiyi texniki təlimlərdə iştirak edə biləcək.
"Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı" layihəsi çərçivəsində keçiriləcək təlimlərdə heyvandarlıq və quşçuluq təsərrüfatlarının inkişaf etdirilməsinə dair bilik və bacarıqlar aşılanacaq.
Məqsəd iştirakçılara, o cümlədən özünüməşğulluq proqramı çərçivəsində verilən aktivlər hesabına heyvandarlıq və quşçuluq təsərrüfatları yaradan şəxslərə bizneslərini inkişaf etdirməkdə dəstək verməkdir.
İştirakçılara 24 gün nəzəri, səkkiz gün praktik sahə təlimləri keçiriləcək.
Nəzəri təlimlər onlayn, sahə təlimləri isə karantin qaydalarına (maskalardan və qoruyucu vasitələrdən istifadə, sosial məsafənin saxlanması) əməl olunmaqla təşkil ediləcək.
Təlimlərə qoşulmaq istəyən Ağdam və Bərdə rayonları üzrə özünüməşğulluq proqramı iştirakçıları (proqramın dəstəyi ilə heyvandarlıq və quşçuluq təsərrüfatları yaradan şəxslər) sentyabrın 1-ə qədər müvafiq Ərazi Məşğulluq Mərkəzinə müraciət edə bilərlər. /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb