Agent bankçılıq Masallı və Tovuzda
Vətəndaşların maliyyə xidmətlərinə əlçatanlılığının artırılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, AccessBank və Azərpoçt-un birgə layihəsi olan agent bankçılıq artıq Masallı və Tovuz rayonlarında xidmət göstərir.
azxeber.com xəbər verir ki, vətəndaşlar Masallı şəhəri, H.Əliyev prospekti, ev 89 ünvanında yerləşən AZ4400 indeksli və Tovuz şəhəri, Sabir küçəsi, ev 24 ünvanında yerləşən AZ6000 indeksli poçt xidmət mərkəzlərində AccessBank-ın təqdim etdiyi maliyyə xidmətlərindən yararlana bilərlər.
Qeyd edək ki, Mərkəzi Bankın təşəbbüsü və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) dəstəyi ilə həyata keçirilən layihə modelinin tətbiqinə ilk olaraq Ağdaş rayonunda yerləşən Azərpoçt filialında başlanılıb. Artıq mart ayından etibarən şəhər sakinləri Bəkir Nəbiyev küçəsi-15/4 ünvanında yerləşən poçt filialında bank xidmətlərindən yararlanırlar.
Agent bankçılıq modeli bank məhsul və xidmətlərinin müştərilərə üçüncü tərəf təşkilatlar tərəfindən təqdim edilməsidir. Beynəlxalq təcrübədə xüsusilə bank filial və şöbələrinin sayı aşağı olan ərazilərdə əhalinin bank xidmətlərinə çıxış imkanlarının artırılması üçün sözügedən modeldən geniş istifadə edilir.
Xidmetler [newsid: 0-123300]

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR