Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi noyabrdan vəzifəsinin icrasına başlayacaq
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel özünün baş diplomatik müşaviri Maqdalena Qrononun Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunmasını alqışlayır.
Bu barədə KONKRET.az-a Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəliyinin Ofisindən bildirilib.
Bildirilib ki, təyinat Aİ-nin regionla əlaqələrində həlledici vaxta təsadüf edir və bu təyinat xanım Qrononun uzunmüddətli təcrübəsinin, geniş biliyinin və bu sahəyə verdiyi töhfənin tanınmasıdır:
"Maqdalena Qrono 2024-cü il noyabrın 1-dən vəzifəsinin icrasına başlayacaq. O, bu vaxta qədər Avropa İttifaqı Şurasının Prezidentinin baş diplomatik müşaviri kimi öz vəzifələrini yerinə yetirməyə davam edəcək, Aİ-nin xarici siyasətinin, o cümlədən Cənubi Qafqaz üzrə kursunun müəyyənləşdirilməsinə töhfə verəcək. O vaxta qədər EUSR-nin mandatının davamlılığı EUSR ofisi tərəfindən təmin ediləcək".
Qeyd edək ki, daha əvvəl bu vəzifədə Toivo Klaar çalışıb.
Turlar.az [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Xırdalanda 12 yaşlı qız itkin düşüb