Akif İslamzadə: "Təəccüb, sevinc və təşəkkür hissi keçirirəm" - AÇIQLAMA
Akif İslamzadə: "Təəccüb, sevinc və təşəkkür hissi keçirirəm" - AÇIQLAMA
"Bu mənim ilk mükafatım oldu".
Bu sözləri Oxu.Az-a açıqlamasında Prezidentin müvafiq sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunan Akif İslamzadə deyib.
Müğənni mükafatın onun üçün gözlənilməz olduğunu qeyd edib:
"On dəqiqə olar ki, ordenlə təltif olunduğumdan xəbər tutmuşam. Allah razı olsun! Təşəkkür edirəm! Xəbərim yox idi. 15 dəqiqə öncə zəng etsəydiniz, məlumatım olmadığını deyərdim. Zənglər gəldi, ondan sonra xəbər tutdum. Gözləmirdim, anidən oldu. Adlar, məncə də, bu şəkildə verilməlidir. Bu mənim ilk ordenimdir. Bu günə qədər heç bir mükafat ilə təltif olunmamışam. Üç hiss bu dəqiqə bir aradadır. Təəccüb, sevinc və təşəkkür hissi keçirirəm. Prezident İlham Əliyev ilə görüşüm də, qismət olsa, baş tutacaq. Hər kəsə uğurlar arzulayıram".
Qeyd edək ki, xanəndə Sara Qədimovanın ilk övladı olan müğənni Akif İslamzadə 2016, 2017 və 2018-ci illərdə Prezident Mükafatına, 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 14 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. 120-dən çox mahnının ifaçısıdır. Bakının Binəqədi rayonu və Badamdar qəsəbəsində Akif İslamzadənin adına küçələr var.
Mahnılarından "Sarı gəlin" və "Bu gecə" diqqətləri cəlb edib. 1986-cı ildə müğənninin səs tellərinin birində bədxassəli şiş əmələ gəlib. Altı aylıq müalicələrdən sonra cərrahiyyə əməliyyatında müğənninin səs tellərinin biri götürülüb. Bununla da Akif İslamzadənin müğənni kimi fəaliyyəti yekunlaşıb.
Nəzrin Vahid

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR