AKP-dən Azərbaycanla bağlı son dəqiqə açıqlaması: "İmkan verməyəcəyik"
"Türkiyə Ankara ilə Bakı arasına heç bir ölkənin və siyasi dairənin girməsinə imkan verməyəcək".
KONKRET.azGlobalinfo.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və sözçüsü Ömər Çelik deyib.
O, iki ölkə arasında gərginlik olması ilə bağlı iddialara belə cavab verib:
"Biz iki dövlət, bir millətik və Azərbaycanla münasibətlərimizdə bu prinsipə sadiqik".
Çelikin sözlərinə görə, Türkiyə və Azərbaycanın daxili siyasi gündəmlərində müəyyən fərqlər ola bilər. Lakin fikir ayrılıqları qardaşlıq ruhunda və açıq şəkildə müzakirə olunur.
O, bəzi ölkələrin Ankara ilə Bakı arasına girməyə çalışdığını vurğulayaraq, Türkiyənin buna qətiyyən imkan verməyəcəyini bildirib.
Çelik həmçinin Türkiyədə bəzi qrupların və sosial media istifadəçilərinin Azərbaycana qarşı hücumlarına toxunub.
O qeyd edib ki, bu şəxslərin hakim partiya və hökumətlə heç bir əlaqəsi yoxdur.
"Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri ifadə edən yeganə söz qardaşlıqdır. Bu qardaşlıq əbədidir və bundan sonra da eyni həmrəyliklə yolumuza davam edəcəyik", – Çelik vurğulayıb.
Turlar.az [newsid: 0-123300]

Millətlər Liqası: Bu gün daha 10 oyun var
Bakıda "iki təkər" qaldıran sərxoş sürücü həbs olundu
Qazaxda öldürülən gənc hərbi xidmətdən yeni qayıdıbmış
Maşın məktəbli qardaşları vurdu
Ruslar kütləvi zərbəyə hazırlaşır, məlumatımız var
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO
Əlimiz tətikdədir, ABŞ-ı peşman edəcəyik - Əzizi
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
Bu vətəndaşların kredit borcu silinəcək
AccessBank-ın tərəfdaşlığı ilə "VətəndəSƏN" II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
"Liderlik Etikası və Korporativ Davranış" mövzusunda peşəkar təlim keçirildi - FOTOLAR
"Bitcoin" 190 min dolları keçə bilər
Türkiyənin tanınmış hakimi həbs edildi
13 Azərbaycan vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır