Aleksandr Proxanov: Qorbaçov insanların ölümündə günahkardır - MÜSAHİBƏ

Aleksandr Proxanov: Qorbaçov insanların ölümündə günahkardır - MÜSAHİBƏAleksandr Proxanov: Qorbaçov insanların ölümündə günahkardır - MÜSAHİBƏ
Yanvarın 20-də Azərbaycanda matəm tədbirləri keçirildi. 30 il əvvəl Bakıya qoşunların gətirilməsi zamanı 140-dan çox adam öldürüldü, yüzlərlə insan yaralandı. Bakıya qoşunları göndərməyə qərar verən şəxs Mixail Qorbaçov olub. Amma indiyə kimi o, 1990-cı ilin yanvarında Bakıda baş verən hadisələr, qırğınlara görə məsuliyyət daşımayıb. Niyə belə olur?
Media.AzRusiya Federasiyasının yazıçısı, siyasi və ictimai xadimi, İzborsk klubunun sədri və həmtəsisçisi, "Zavtra" qəzetinin baş redaktoru Aleksandr Proxanovla bu barədə danışıb.
- Mixail Qorbaçova münasibətinizi bilirəm, siz dəfələrlə birbaşa və açıq danışmısınız. Sizcə, niyə 30 il müddətində onu məsuliyyətə cəlb edə bilmədilər?
- Həqiqətən də, mənim ona münasibətim bəllidir. Mixail Qorbaçov SSRİ-nin dağılması üçün hər şey etdi. İnsanların kütləvi şəkildə məhvinə səbəb olan əsas şəxs o oldu. Onun başladığı "perestroyka" Sovet İttifaqının ideoloji və iqtisadi əsaslarını sarsıtdı.
Aralarında ixtilaf olsa da, Mixail Qorbaçovu Boris Yeltsin əvəz etdi. Yeltsin Qorbaçovun islahatlarının nəticələrindən bəhrələndi. Qorbaçov olmasaydı, SSRİ-nin dağılmasında son nöqtəni qoyan Yeltsin də olmazdı.
Yeltsindən sonrakı dövrdə keçmiş prezidentin ailəsi toxunulmazlıq təminatını aldı. Ancaq başa düşürük ki, Vladimir Putin SSRİ-nin qlobal fəlakətə çevrilən dağılmasından təəssüflənir.
İndi Mixail Qorbaçov siyasi elitadan kənarlaşdırılıb. Liberallar onu dəvət edir, o Almaniyaya uçur... Ancaq Vladimir Putin Mixail Qorbaçovun dağıdıcı rolunu çox gözəl başa düşür.
Vladimir Putin Mixail Qorbaçovu çoxdan daxilən uzaqlaşdırıb. Ancaq indi onu məsuliyyətə cəlb etməyi vacib saymır. Bunu Qorbaçovun ölümündən sonra, bəlkə də, başqa insanlar edəcəklər.
- SSRİ-nin dağılmasının səbəblərindən biri 1990-cı il yanvarın 20-də Bakıda baş verən hadisələr oldumu?
- Belə deyərdim: Bakıda, Tbilisidə, Baltikyanı ölkələrdə, Almatıda baş verən hadisələr imperiyanın süqutunun başlanğıcının nəticəsi idi. SSRİ buna kobud, ənənəvi, kifayət qədər primitiv şəkildə reaksiya verdi. Bütün baş verən faciələrə səbəb olaraq Bakıya qoşun yeridilməsi nə deməkdir? İmperiya yox olmaq istəməsə də, artıq zəifləmişdi. Hər şey mülki şəxslərin və hərbçilərin döyülməsi, ölümü ilə başa çatdı.
Lakin Azərbaycan müstəqillik, suverenlik qazandı. Anlamaq lazımdır ki, 20 Yanvar şəhidləri müstəqil Azərbaycanın ilk vətəndaşları oldular. Onlar ölərkən vətəndaşlıq aldılar.
- Amma Mixail Qorbaçovun günahı danılmazdır...
- ... Bu bir sıra məsələlərdə aydındır! O, çiçəklənən Sovet Azərbaycanının tərkibində olan bir dövləti məhv etdi. O, insanların ölümündə günahkardır. Onun hətta Dövlət Fövqəladə Hallar Komitəsinin (SSRİ-də cəmi dörd gün davam edən, 1991-ci il avqustun 18-dən 21-dək özünü elan edən orqan - red.) yaradılmasında rolu oldu.
Dövlət Fövqəladə Hallar Komitəsinin üzvlərinin siyahısı şəxsən Mixail Qorbaçov tərəfindən təsdiqlənib, mən onlarla ünsiyyətdə olduğum üçün bunu dəqiq bilirəm. Bu, Sovet İttifaqını məhv etmək üçün son xüsusi əməliyyat idi. Bir neçə ay sonra Boris Yeltsin "Belovejski Sazişi"ni imzaladı və SSRİ ləğv edildi.
Mixail Qorbaçov məsuliyyətə cəlb edilməlidir. O, tarix qarşısında məsuliyyət daşıyır. Qorbaçov Rusiyada ən çox nifrət edilən şəxsdir. /oxu.az

Siyasi       Tarix: 21 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Keçmiş kansler Şröderİn Rusiya ilə daha bir bağlılığı üzə çıxdı

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Globus hipermarket şəbəkəsinin Rusiyadakı bölməsində çalışmağa başlayıb. xəbər verir ki, bu barədə RBK rusiyalı "Hiperqlobus" MMC-nin nümayəndəsinə istinadən məlumat verib

Rusiya Ukrayna ilə bağlı tələb etdi - Qazaxıstan məcbur oldu

Qazaxıstanda Ukrayna vətəndaşı Rusiyanın sorğusu ilə saxlanılıb. Bunu DW öz araşdırması nəticəsində müəyyən edib. Lyubov Rojanskaya İstanbuldan Astanaya uçuşdan sonra hava limanında saxlanılıb. O, hazırda Qazaxıstan paytaxtını

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal


yeni xeberler azerbaycan xeberleri son xeberler maraqlı xəbərlər cəbhədən görüntüleri apa.az xeberler hava