Aleksey Doroşenko: "SOCAR-ın Ukraynadakı iş modeli digər şirkətlərin fonunda fərqlənir" – MÜSAHİBƏ

Aleksey Doroşenko: "SOCAR-ın Ukraynadakı iş modeli digər şirkətlərin fonunda fərqlənir" – MÜSAHİBƏAleksey Doroşenko: "SOCAR-ın Ukraynadakı iş modeli digər şirkətlərin fonunda fərqlənir" – MÜSAHİBƏ
Bu günlərdə Ukraynanın Ali Radasının birinci vitse-spikeri Ruslan Stefançuk ölkəsinin digər ictimai və siyasi xadimləri kimi, koronavirusla mübarizədə Azərbaycanın fəaliyyətini nümunəvi və vaxtında görülmüş adlandırıb. Onun sözlərinə görə, Ukrayna-Azərbaycan münasibətləri durmadan inkişaf edir. Pandemiya fonunda Ukraynadakı mövcud iqtisadi vəziyyət necədir, Kiyev üçün Bakı ilə əməkdaşlıq nə qədər vacibdir?
Media.Az-ın bugünkü müsahibi Ukraynanın İqtisadi İnkişaf üzrə Milli Şurasının sədri, Ukrayna Ticarət Şəbəkələri Tədarükçüləri Assosiasiyasının rəhbəri, Kiyev Vilayəti Radasının deputatı Aleksey Doroşenkodur. Ekspert Ukraynadakı vəziyyəti, həmçinin Bakı ilə Kiyev arasındakı əməkdaşlığı şərh edib.
Aleksey Doroşenko: "SOCAR-ın Ukraynadakı iş modeli digər şirkətlərin fonunda fərqlənir" – MÜSAHİBƏ- Bir çox ölkələrdə qəbul edilən karantin, məhdudlaşdırıcı tədbirlər şəraitində iqtisadiyyata necə kömək etmək olar?
- Hər kəs sağ qalmayacaq, mən biznesi nəzərdə tuturam və bu aydındır. Ancaq faydalananlar – benefisiarlar da olacaq. Qlobal mənada, bir çoxlarının düşündüyü kimi, Çin qalib gəlir. Ancaq bu da böyük sual altındadır. Ukraynaya gəlincə isə, bizim üçün olduqca çətin olacaq. Ukrayna (mən indi İqtisadi İnkişaf Nazirliyinin qida təhlükəsizliyi üzrə işçi qrupunun üzvüyəm) ciddi şəkildə zərər görəcək.
Kiçik və orta biznesi stimullaşdırmalıyıq ki, artan işsizliyi aradan qaldıraq. Kreditləşmə hesabına isə biz bütün sahələri qaldıra bilərik. Yəni, bunlarsız da gəlməmiş və indi də gəlməyəcək hansısa mücərrəd investisiyalara ümid etmək lazım deyil. Alıcılıq qabiliyyətinin artması sayəsində ümumi daxili məhsulun (ÜDM) artım amili olmuş öz vətəndaşlarımıza ümid etməliyik.
Ukrayna, Azərbaycandan fərqli olaraq, əhalinin böyük miqrasiyası ilə üzləşdi. Ukraynalılar Avropanın bir çox ölkələrində çalışırlar: Polşa, İtaliya, Almaniya. Ancaq indi (pandemiya fonunda - red.) hər şey kəskin şəkildə dəyişir. İnsanlar hansısa pullarla geri qayıdırlar. Əgər onlar bu vəsaiti öz kiçik bizneslərinə qoymağa hazırdırlarsa, bunu alqışlamaq və dəstəkləmək lazımdır. Məsələn, işinə 10 min dollar pul qoyan bir adam onun üçün sonadək mübarizə aparacaq.
İndi bir milyon insanın hərəyə 10 min dollar sərmayə yatırmaq qərarına gəldiyini təsəvvür edin. Bunlar bizdə çatışmayan həmin investisiyalardır. Buna görə də, mən məhz daxili amilə arxalanıram. Bizdə, təəssüf ki, başqa variant yoxdur. Biz indi daxili dövlət borcu istiqrazlarını buraxmağa məcbur "girov"larıq. Odur ki, Ukraynanın qurtuluşu real sektor, o cümlədən xidmət və ixrac sahəsidir.
Qeyd etmək istəyirəm ki, dünya dəyişəcək, aydındır ki, bir çoxları onlayn rejimə keçəcək. Bizdə dövlət orqanlarının toplantıları videokonfrans rejimində keçirilir. Bir çox insanlar sərhədi küçmədən xarici şirkətlər üçün çalışır.
- Bu yaxınlarda Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin təkcə BVF-dən deyil, dünyanın bəzi ölkələrindən, o cümlədən Azərbaycandan da kömək gözlədiyini açıqladı. Əlbəttə ki, Azərbaycan və Ukrayna yaxın ölkələr, tərəfdaşlardır, beynəlxalq təşkilatlarda tez-tez bir-birini dəstəkləyirlər. SOCAR Ukraynada fəaliyyət göstərir və bunu çox uğurla edir...
- Əlbəttə, bizə Azərbaycanla güclü ikitərəfli münasibətlər lazımdır! Sizin ölkəniz öz daxili ehtiyatlarına arxalanır. Bu da doğrudur. Ancaq Ermənistan Rusiya Federasiyasından asılıdır. Bakı və Kiyev dostluq və əməkdaşlıq etməlidir. Bizim birgə biznes layihələrimiz mütləq nəticə verəcək. Yeri gəlmişkən, SOCAR-ın Ukraynadakı iş modeli digər şirkətlərin fonunda fərqlənir. Bu, Azərbaycanın səviyyəsini göstərir və iki ölkənin qarşılıqlı əməkdaşlığına yaxşı nümunədir.

Siyasi       Tarix: 11 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib. xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadl


son xeberler azerbaycan xeberleri yeni xeberler idman xeberleri maliyye xeberler bugun novruz bayramı sou biznes