Alimlər isti havanın koronavirusun yayılmasını zəiflətməyəcəyi qənaətinə gəliblər

Alimlər isti havanın koronavirusun yayılmasını zəiflətməyəcəyi qənaətinə gəliblərKanada və İsveçrə tədqiqatçılarından ibarət qrup isti hava şəraitinin koronavirus infeksiyasına təsirinə dair tədqiqat aparıblar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, alimlər isti hava şəraitinin virusun yayılmasını zəiflətməyəcəyi qənaətinə gəliblər. Bunun üçün mart ayında temperaturu isti olan ərazilərlə soyuq iqlim qurşaqlarında infeksiyanın yayılma tempini araşdıran qrup isti havanın hansısa üstün cəhətə malik olmadığını müəyyən ediblər.
Tədqiqatın əsas müəllifi Peter Yüni insanları yay fəsli ilə əlaqədar yanlış ümidlərə qapılmamağa çağırıb: "Əgər biz hesab etsək ki, isti hava virusa qarşı mübarizədə bizə kömək edəcək, o zaman biz ciddi əks-zərbə ilə qarşılaşa bilərik". Toronto Universitetində epidemiologiya üzrə professor vəzifəsində çalışan alim qeyd edib ki, sosial məsafə qaydalarına riayət etmək hazırda virusa qarşı ən səmərəli vasitədir.
Tədqiqatın digər müəllifi Bruno da Kosta isə qeyd edib ki, yay fəsli dünyanın şimal yarımkürəsində pandemiyanın yox olmasına aparıb çıxarmayacaq. O, ictimai səhiyyə tədbirlərinin tətbiq olunduğu regionlarda ən geci iki həftə sonra irəliləyişin müşahidə olunduğunu qeyd edib. Hava şəraiti ilə əlaqədar nəmişlik və ya yağıntının virusun yayılmasına təsiri də aşkar edilib. Müəyyən olunub ki, nəmişliyin yüksək olması havanın "yuyulmasına", aerozolların havada qalmayaraq yerə enməsinə və virus partikllərinin nəm havada qeyri-sabit olmasına yol açır.
Alimlər ictimaiyyət arasında koronavirus infeksiyasının qriplə bərabər tutulması və yay aylarında qrip kimi azalacağı fikrini də təkzib ediblər. Bildiriblər ki, insanların çoxunda qripə qarşı artıq qismən də olsa immunitet yaranıb və insanlara qripə qarşı peyvənd vurulduqda və ya onlar yenidən qripə yoluxduqda bədənin qripə qarşı immuniteti güclənir. Payız aylarında qripə yoluxma dalğası isə soyuq hava şəraiti ilə əlaqədar yeni qrip mutasiyalarından qaynaqlanır. Bunun əksinə olaraq isə koronavirusun bizim bədənimizə yol tapması üçün hansısa immunitet baryerini aşmağa və ya münbit şərtlər (hava şəraiti və s.) gözləməyə ehtiyacı yoxdur, çünki insan orqanizmində bu virusa qarşı hələ ki, immunitet yoxdur.
Alimlər hazırkı şəraitdə sosial məsafə və ictimai səhiyyə tədbirlərinə ciddi şəkildə əməl edilməsinin koronavirus infeksiyasına qarşı ən uğurlu qorunma vasitəsi olduğunu vurğulayıblar.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 10 may 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük


azerbaycan xeberleri yeni xeberler son xeberler meherremlik 2026 cebheden xeberler cəbhədən son vəziyyət son xeberler bugun