Alimlər koronavirus kabusunun bitəcəyi tarixi açıqladı
Alimlər hesab edir ki, dünya əhalisinin üçdə ikisi immunitet qazanmayınca, koronavirus pandemiyası iki il davam edəcək.
Milli.Az xəbər verir ki, Amerika alimləri dünyada koronavirusun yayılmasının davam edəcəyini açıqlayıb. Onlar iddia edib ki, əhalinin üçdə ikisi xəstəlikdən immunitet əldə etməyincə, virus 2 ilə qədər davam edəcək.
Bu barədə Minnesota Universitetinin İnfeksion Xəstəlikləri Araşdırma və Siyasət Mərkəzinin "Bloomberg"də yayımlanan hesabatında məlumat verilib. Alimlərin proqnozları mövcud təhlillərə, həmçinin keçmişdə bəşəriyyətin pandemiya ilə mübarizə üsullarına əsaslanan mövcud məlumatlar üzərində qurulub. Nəticədə tədqiqatçılar bu qənaətə gəlib ki, dünya insanlarının üçdə ikisi immunitet qazanmalıdır.
Hətta alimlər 2020-ci ildə peyvənd hazırlasalar da, hamıya bu vaksinin vurulması üçün vaxt lazım olduğunu qeyd ediblər. 2009-2010-cu illərdə qrip pandemiyasında da eyni hal yaşandığı diqqətə çatdırılıb.
"İnfeksiya ABŞ-da başlanğıc pik həddə çatana qədər peyvənd tapılmamışdı", - deyə hesabatda qeyd edilib.
Koronavirus pandemiyasını cilovlamaq qripdən daha çətindir. Çünki yoluxanların bir hissəsində heç bir əlamət olmur, eyni zamanda virusu digər insanlara aktiv şəkildə ötürməyə davam edirlər.
Minnesota Universitetinin İnfeksion Xəstəlikləri Araşdırma və Siyasət Mərkəzini idarə edən Mayk Osterholm "60-70% insan yoluxmayana qədər bu bəla dayanmayacaq" , - deyə açıqlama verib. (publika.az)
Milli.Az /news.milli.az

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ