Alimlər koronavirusdan qorunmaq üçün sosial məsafə məsələsini tənqid etdilər
Britaniyalı alimlər koronavirusdan qorunmaq üçün sosial məsafəyə riayət etmək barədə tövsiyələri kəskin tənqid ediblər.
Milli.Az oxu.az-a istinadən bildirir ki, onların sözlərinə görə, koronavirusun yayılmasının qarşısını almaq və qorunmaq üçün iki metr məsafə saxlamaq barədə tövsiyələr 1940-cı illərə aid köhnəlmiş elmi məlumatlara əsaslanır.
Mütəxəssislər hesab edirlər ki, sosial məsafə barədə göstərişlər pandemiya tədbirlərinin mərkəzi elementi olmamalıdır və COVID-19 ilə mübarizə qaydalarını tərtib edərkən fərqli şərtlərə baxmaq lazımdır.
"Viral hissəciklərin yayılmasına hava axını da daxil olmaqla bir çox amillər təsir edir", - deyə alimlər bildiriblər.
Onların sözlərinə görə, tövsiyələr üçün bir sıra faktorlar - fəaliyyət növü, şərtlər (açıq və ya qapalı məkan), ventilyasiya səviyyəsi, maska taxmaq, həmçinin kontakt müddəti, insanın infeksiyaya həssaslığı və ötürücünün virus yükü nəzərə alınmalıdır.
Bütün bu məlumatlara əsasən pandemiyanın qarşısını almaq üçün kompleks yanaşma qurmaq olar.
Alimlər daha çevik göstərişlərin normal həyata qayıtmağa imkan verə biləcəyini və ölkələrin iqtisadiyyatının bərpasına şərait yaradacağını vurğulayıblar.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar