Almaniyada "ChatGPT" çatbotu kilsədə xütbə dedi - FOTO
Almaniyada "ChatGPT" çatbotu kilsədə xütbə dedi - FOTO
Almaniyanın Fyürt şəhərində Müqəddəs Pavel Kilsəsində süni intellekt xütbə oxuyub. Almaniya Evangelist Kilsəsi Konqresi çərçivəsində keçirilən tədbir böyük marağa səbəb olub.
Bildirilir ki, bütün ritual ikisi kişi, ikisi qadın cinsindən dörd fərqli avatarla həyata keçirilib. Moizənin əsas mövzusu tərəqqi, ölüm qorxusuna qalib gəlmək və imanı yaşatmaq olub.
"Əziz dostlar, bu il Almaniyada keçirilən protestantların konqresinin ilk süni intellekt olaraq burada sizə xütbə oxumaq mənim üçün şərəfdir", - deyə avatarlardan biri ayinə başlayıb.
Kilsə ziyarətçiləri süni intellektin verdiyi moizə ilə bağlı müxtəlif fikirlər söyləyiblər. Bəziləri xütbədə dəyərli məlumatlar olsa da, emosiyanın olmamasından şikayətləniblər.
Qeyd edilir ki, xütbələr, dualar və musiqidən ibarət 40 dəqiqəlik ayin "ChatGPT" və Vyana Universitetinin ilahiyyatçısı Conas Simmerleyn tərəfindən hazırlanıb.







/ oxu.az
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR