Almaniyada yaşayan Azərbaycan vətəndaşı hər iki ölkədə koronavirusla mübarizə səviyyəsini müqayisə etdi

Almaniyada yaşayan Azərbaycan vətəndaşı hər iki ölkədə koronavirusla mübarizə səviyyəsini müqayisə etdi Almaniyada yaşayan Azərbaycan vətəndaşı hər iki ölkədə koronavirusla mübarizə səviyyəsini müqayisə etdi
Çində koronavirus epidemiyası getdikcə zəifləyir, digər ölkələrdə isə xəstəlik yayılmaqda davam edir. Xüsusilə, Almaniya COVID-19-a yoluxma sayına görə, Avropanın ilk beş ölkəsindən biridir. Almaniya ərazisində 12327 nəfər virusa yoluxub.
 Almaniyanın Raştatt şəhərində yaşayan Azərbaycan vətəndaşı Kseniya İbadulina Media.Az-a bununla bağlı müsahibə verib.
Onun sözlərinə görə, Almaniyada fərqli ictimai rəy formalaşıb.
"Bəziləri problemin ciddiliyini hələ tam anlamayıblar. Uşaqlar tətildə olduqlarını düşünürlər. Çoxları kiçik qruplarla toplanaraq, gəzməyə davam edirlər. Doğrudur, polis əməkdaşları fərdi alış-veriş obyektlərindən fəaliyyətin müvəqqəti dayandırılmasını tələb ediblər. Yalnız market və apteklər məhdudlaşdırılmış rejimdə işləyirlər. Təşvişin olmamasına baxmayaraq, marketlərdə lazımi miqdarda ərzaq yoxdur. Eyni hal onlayn ərzaq tədarükünə də aiddir. Bundan əlavə, müəyyən növ məhsulların, xüsusən də un, sabun, dezinfeksiyaedici maddələr, tualet kağızı (bir nəfərə üç paketdən çox olmamaqla) alınmasına məhdudiyyətlər var", - deyə K.İbadulina bildirib.
Onun sözlərinə görə, aprelin 18-dək bütün təhsil müəssisələri bağlanıb, muzeylər, teatr, kinoteatrlar müvəqqəti olaraq fəaliyyətini dayandırıb, Baden-Baden şəhərindəki məşhur kazino bağlanıb. Bir çox firma uzaqdan iş rejiminə keçib.
"Mən də evdən işləyirəm, amma hamının belə imkanı yoxdur. Bəzi şirkətlər müvəqqəti olaraq, fəaliyyətlərini dayandırıb və işçiləri məcburi məzuniyyətə buraxıblar. 
"Eyni zamanda, insanlar işləməsələr də maaş alacaqlar. Bu qərar işə götürənlə razılaşma əsasında verilir - işçiyə ya tətil, ya da xəstəlik məzuniyyəti verilir. Əgər insanlar hələ də uzaqdan iş rejiminə keçə bilmirlərsə, şirkət onların uşaqlarını pulsuz baxıcı ilə təmin edir", - deyə İbadulina vurğulayıb.
O, Almaniyada kafe və restoranların tədricən bağlandığını qeyd edib: "Buna baxmayaraq, insanlar bu problemə boş baxırlar. Maskalar, əlcəklər olmadan gəzirlər, lakin dezinfeksiyaedici maddələrdən istifadə edirlər. Küçələrdə və ya yaşayış binalarında dezinfeksiya aparılmır. Bakıda olanda Azərbaycan mediasından izlədiyim qədər deyə bilərəm ki, onlar buna çox ciddi yanaşırlar. Bu, çox sevindirici haldır".
Onun fikrincə, insanlar bu problemə daha məsuliyyətli yanaşmalıdırlar: "Sağlam olduğunuz və xəstəliyə asanlıqla dözə biləcəyinizi hesab etsəniz belə, başqaları haqqında düşünməlisiniz. Mən daim bu barədə düşünürəm, müəyyən tədbirlərə əməl etməyə çalışıram. Xəbərlər hər gün dəyişir və qeyri-müəyyənlik hissi insanı daxilən məhv edir. Son zamanlar yalnız bir müsbət xəbər oxumuşam. Alman əczaçılıq şirkəti peyvənd hazırlayıb və onun klinik sınaqlarına başlayıb".
"Bu, yalnız bioloji deyil, həm də texnoloji bir virusdur. Hər kəsin internetə çıxışı var, bir çoxları hətta koronavirus haqqında böyük məlumat axınının öhdəsindən gələ bilmirlər. Xüsusilə də xəbərlər fərqli dillərdə olanda və vəziyyətin hər yerdə eyni olmadığını başa düşəndə. Yalnız gözləyə bilərik, zaman müxtəlif ölkələrin hökumətləri tərəfindən görülən tədbirlərin nə ilə nəticələnəcəyini göstərəcək", - deyə İbadulina bildirib.
Onun dediyinə görə, saxta xəbərlər çaxnaşmanı daha da artırır:
"Mən Baden-Vürtemberq əyalətində yerləşən Raştatt şəhərində yaşayıram. Statistikaya görə, bu ərazi Almaniyada virusa yoluxanların sayına görə üçüncü yerdədir. Tibbə və insanların məsuliyyətinə ümid edirik... İndi xəstəxanalara digər xəstəlikləri olan insanları qəbul etmirlər, yalnız telefonla məsləhətləşirlər. Eyni zamanda, mobil klinikalar yaradılıb ki, orada da koronavirus testi etmək mümkündür. Xaricə səfər etməyib, xəstələr ilə təmasda olmamısınızsa, ancaq buna baxmayaraq, yenə də yoxlanılmaq istəyirsinizsə, müayinə üçün təxminən 170 avro ödəməlisiniz. Ancaq bir şəxs xəstə və ya karantində olanlarla təmasda olarsa, bu prosedur pulsuzdur", - deyə İbadulina qeyd edib.
Qeyd edək ki, K.İbadulinanın nənəsi Bakıda yaşayır.
"Azərbaycandakı bir çox dostumla əlaqə saxlayıram. Bilirəm ki, insanlar orada çaxnaşma yaratmırlar, sosial təcrid rejimində qəbul edilmiş qaydalara əməl edirlər. Bu, doğru yanaşmadır", - deyə o, fikrini yekunlaşdırıb. /oxu.az

Sosial       Tarix: 20 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:0

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


azerbaycan xeberleri son xeberler yeni xeberler dunyada son xeberler xəbərlər apa.az xeberler bu gunun xeberleri