"Amerika xülyası" gerçəkləşən ölkələr – TOP 8

"Amerika xülyası" gerçəkləşən ölkələr – TOP 8 "Amerika xülyası" gerçəkləşən ölkələr – TOP 8
"Amerika xülyası" düşündüyünüzdən də yaxın ola bilər və o, yalnız ABŞ-da əlçatan deyil.
Belə bir qənaətə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) mütəxəssisləri apardıqları araşdırmadan sonra gəliblər.
İƏİT-nın ekspertləri gəlirlərin elastikliyi  əsasında aztəminatlı ailələrin neçə nəsildən sonrakı uşaqlarının ölkə üzrə orta gəlir əldə edə biləcəyini hesablayıblar. Bu göstərici uşaqların gəlirlərinin valideynlərin gəlirlərindən hansı səviyyədə asılı olduğunu müəyyən edir.
Orta hesabla, reytinqə daxil olan 30 ölkə arasında aztəminatlı ailələrdən olan uşaqlar üçün ölkə üzrə gəlirlərin orta səviyyəsinə çatmaq üçün 4-5 nəsil tələb olunur.
Maraqlıdır ki, ABŞ-ın özündə da bu göstərici praktiki olaraq orta səviyyəyə - 5 nəslə müvafiqdir.
Qeyd etmək lazımdır ki, sosial mobillik göstəricisi Şimali Avropa ölkələrində yüksəkdir. Bu dövlətlərdə ölkə üzrə orta gəlir səviyyəsinə çatmaq üçün az vaxt tələb olunur.
Beləliklə, "Amerika xülyası" aztəminatlı ailələrin uşaqları üçün ən əlçatan olan 8 ölkəni təqdim edirik:
8. Avstraliya
"Amerika xülyası" gerçəkləşən ölkələr – TOP 8 Ekspertlərin qiymətləndirməsinə görə, Avstraliyada dörd nəsil ərzində ölkə üzrə gəlirlərin orta səviyyəsinə çatmaq mümkündür. Bu zaman ölkədə qeyri-bərabərliyin səviyyəsini qiymətləndirmək üçün istifadə olunan Cini əmsalı 0,33 təşkil edir.
7. Kanada
"Amerika xülyası" gerçəkləşən ölkələr – TOP 8 Kanadada  aztəminatlı ailənin uşağına ölkədə orta gəlir səviyyəsinə çatmaq üçün orta hesabla dörd nəsil tələb olunacaq. Cini əmsalı 0.310-dur.
6. Niderland
"Amerika xülyası" gerçəkləşən ölkələr – TOP 8 İƏİT-nın ekspertlərinin hesablamalarına görə, Niderlandda da yoxsulluqdan çıxmaq üçün dörd nəsil lazımdır. Cini əmsalı 0.285-dir.
5. Belçika
"Amerika xülyası" gerçəkləşən ölkələr – TOP 8 Reytinqin digər ölkələrində olduğu kimi, Belçikada da ölkə üzrə gəlirlərin orta səviyyəsinə çatmaq üçün dörd nəsil lazımdır. Cini əmsalı 0.266-dir.
4. İsveç
"Amerika xülyası" gerçəkləşən ölkələr – TOP 8 Daha əvvəl də qeyd edildiyi kimi, Şimali Avropa ölkələrində "Amerika xülyası" daha çox əldə edilə bilər. İsveç ailəsi cəmi üç nəsildən sonra yoxsulluqdan çıxa bilər. Cini əmsalı 0.282-dir.
3. Finlandiya
"Amerika xülyası" gerçəkləşən ölkələr – TOP 8 Burada da ölkə üzrə gəlirlərin orta səviyyəsinə çatmaq üçün üç nəsil tələb olunur. Cini əmsalı 0.266-dir.
2. Norveç
"Amerika xülyası" gerçəkləşən ölkələr – TOP 8 Norveçdə də ailə yoxsulluq içərisindən cəmi üç nəsil ərzində çıxa bilər. Cini əmsalı 0.262-dir.
1.Danimarka
"Amerika xülyası" gerçəkləşən ölkələr – TOP 8 Danimarka "Amerika  xülyası"nın  gerçəkləşdiyi ölkədir. Yalnız iki nəsil ərzində Danimarka ailəsi ölkə üzrə gəlirlərin orta səviyyəsinə çata bilər. Cini əmsalı 0.261-dir.

Maraqlı       Tarix: 09 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"


yeni xeberler son xeberler azerbaycan xeberleri qurban bayrami 2026 valyuta mezennesi xeberler bugun xeber.az 2026