Amerikalı analitik: "Ermənistan Rusiya ilə münasibətləri kəsəcək"
"Ermənistan Rusiya ilə münasibətləri kəsəcək, amma bunu dərhal etməyəcək. Hadisələr məhz bu istiqamətdə inkişaf edir".
KONKRET.az xəbər verir ki, bunu amerikalı analitik Metyu Orr deyib.
"Ermənistanın tamamilə Qərbin bir hissəsi olması variantı real deyil. Ona görə mərhələli prosesə üstünlük verilir. İstənilən halda Ermənistan Rusiya ilə iqtisadi və digər əlaqələri davam etdirəcək. Amma bu, onilliklər ərzində davam edən müttəfiqlik münasibətləri olmayacaq. Çünki Rusiya ilə müttəfiqlik münasibətləri Ermənistan üçün o qədər də sərfəli deyil".
Analitikin sözlərinə görə, Ermənistanın KTMT-dən çıxması üçün hələ də heç bir ilkin şərt yoxdur.
"Ermənistan təşkilatla təmasları tamamilə donduracaq. Moskvanın kəskin addımlar atacağı təqdirdə Rusiya ilə münasibətlər daha da pisləşəcək. Amma əgər Ermənistan rəhbərliyinin məqsədi sülh müqaviləsi bağlamaq və orduda itkilərin sayını azaltmaqdırsa, onda İrəvan üçün bu il KTMT-də qalmaq daha yaxşıdır. Hərçənd yaxın 3-5 ildə hadisələr məhz Rusiya ilə münasibətlərin pozulması istiqamətində inkişaf edəcək. Ukraynadakı hadisələrin nəticəsindən çox şey asılıdır. İndi Rusiyanın resursları maksimum dərəcədə Ukraynadakı müharibəyə cəmlənib. Ona görə də 3-5 il ərzində Rusiyanın Cənubi Qafqazda qalmaq imkanları özünə sərfəli şərtlərlə münaqişəni dondura biləcəyindən asılı olacaq. Hadisələr gözlənilməz ssenari üzrə inkişaf edərsə, bu, prosesləri ya sürətləndirə, ya da ləngidə bilər. Amma istənilən halda Rusiyanın Cənubi Qafqazda nüfuzu azalmağa davam edəcək", – amerikalı analitik vurğulayıb.

Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev
Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA
Nyu Cersi Trampa qarşı: Rus dizelini rədd etdi