Amerikalı analitik: Müharibə başlasa, Azərbaycan Ermənistan qoşunlarını Qarabağdan çıxaracaq - ÖZƏL

Amerikalı analitik: Müharibə başlasa, Azərbaycan Ermənistan qoşunlarını Qarabağdan çıxaracaq - ÖZƏL Amerikalı analitik: Müharibə başlasa, Azərbaycan Ermənistan qoşunlarını Qarabağdan çıxaracaq - ÖZƏL
Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağın statusu ilə bağlı mübahisə, demək olar ki, 1991-ci ildə olduğu kimi qalır. 
Bunu Oxu.Az-a açıqlamasında ABŞ dövlət katibinin postsovet məkanı üzrə sabiq xüsusi müşaviri, tanınmış politoloq Pol Qobl deyib. 
Analitik bildirib ki, Ermənistan Azərbaycandan çox böyük ərazi güzəşti tələb edir, amma əvəzində heç bir təkliflə çıxış etmir.
"Buna görə də Bakı və Yerevan müzakirə mövzusundan geri çəkilib. İndi iki beynəlxalq prinsipin hansının daha vacib olduğu üzərində müzakirələr gedir. 
Dövlətlərin ərazi bütövlüyü, yoxsa xalqların öz müqəddəratını təyinetmə hüququ – bu dilemma mövcuddur", - deyə P.Qobl əlavə edib. 
Politoloq 1992-ci ildə özünün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif etdiyi planı xatırladıb. 
Həmin plan siyasi leksikona "Qobl planı" adı ilə daxil olub. Həmin plana görə, konfliktin həlli üçün tərəflər arasında ərazi mübadiləsi aparılmalıdır. 
Belə ki, onun təklifinə görə, Azərbaycan Dağlıq Qarabağ və Laçın dəhlizini Ermənistana verir, Ermənistan isə Naxçıvanla dəhliz yaratmaq üçün Mehri rayonundan Azərbaycana ərazi ayırır. 
Təbii ki, Azərbaycan heç zaman bu cür təkliflərlə razılaşmayıb, rəsmi Bakı bəyan edir ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
P.Qobl açıqlamasında Qarabağda genişmiqyaslı əməliyyatlar başlayacağı təqdirdə, prosesin Azərbaycanın xeyrinə nəticələnəcəyini proqnozlaşdırıb. 
"Qarabağ münaqişəsi ətrafında status-kvonun davam etməsi qarşıdurmanın güclənməsi ehtimalını çoxaldır", - deyən P.Qobl əlavə edib ki, müharibə başlasa, Azərbaycan ordusu üstünlük qazanacaq.
O bildirib ki, hərbi əməliyyatlara start verilsə, Azərbaycan Ermənistan qoşunlarını Qarabağdan çıxarmağa nail olacaq. 
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 18 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Keçmiş kansler Şröderİn Rusiya ilə daha bir bağlılığı üzə çıxdı

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Globus hipermarket şəbəkəsinin Rusiyadakı bölməsində çalışmağa başlayıb. xəbər verir ki, bu barədə RBK rusiyalı "Hiperqlobus" MMC-nin nümayəndəsinə istinadən məlumat verib

Rusiya Ukrayna ilə bağlı tələb etdi - Qazaxıstan məcbur oldu

Qazaxıstanda Ukrayna vətəndaşı Rusiyanın sorğusu ilə saxlanılıb. Bunu DW öz araşdırması nəticəsində müəyyən edib. Lyubov Rojanskaya İstanbuldan Astanaya uçuşdan sonra hava limanında saxlanılıb. O, hazırda Qazaxıstan paytaxtını

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal


yeni xeberler azerbaycan xeberleri son xeberler maraqlı xəbərlər cəbhədən görüntüleri apa.az xeberler hava