Ana olmaq istəyən qadınlara xəbərdarlıq - CİDDİ TƏHLÜKƏ VAR

Ana olmaq istəyən qadınlara xəbərdarlıq - CİDDİ TƏHLÜKƏ VARXəbər verdiyimiz kimi, Qubada doğum zamanı ana və körpənin ölümü qeydə alınıb. Bu cür bədbəxt hadisələrin adətən paytaxtdan çox bölgələrdə qeydə alınması cəmiyyətdə bir sıra iddiaların ortaya çıxmasına səbəb olur.
KONKRET.az xəbər verir ki,əhali arasında ana və uşaq ölümünə səbəbə kimi rayonlarda mövcud olan xəstəxanalarda çalışan həkimlərin savadı, bacarığı kimi məqamlar daha çox göstərilir. İnsanların əksəriyyəti düşünür ki, bölgələrdə həm xəstəxana təminatı, həm də həkimlərin savadı xəstələrin həyatını xilas etməyə yetərli deyil.
Analoji halların tez-tez baş verməsi sözügedən müzakirələri daha da qızışdırıb.
Bəs deyilənlərdə nə qədər doğruluq payı var?
Ana və körpə ölümlərinin ən çox baş vermə səbəblərindən danışan ginekoloq Gülnar Ağayeva  bildirib ki, ucqar kəndlərdə yaşayan hamilə qadınlar müayinələrə gəlmir və sonda acı nəticə ilə üzləşirlər:
"Doğum zamanı ana və körpə ölümlərində həm ana, həm də döl tərəfdən bir çox səbəblər ola bilər. Ciftin vaxtından əvvəl, doğum fəaliyyətə başlamamış ayrılması, qopması anında ani sürətdə qanaxma baş verir. Eyni anda uşaqlıq boşluğuna cift ayrıldığı üçün qan dolur. Bu da ana bətnindəki körpənin boğulmasına gətirib çıxarır. Digər səbəb isə anada yüksək təzyiq olması ilə bağlıdır. Buna eklampsiya tutmaları da deyilir. Bölgələrdə yaşayan hamilə qadınlar vaxtaşırı müayinələrdən keçmirlər. O vaxt həkimə müraciət edirlər ki, artıq onlarda tutmalar başlayır. Böyrəkdə dəyişiklik, zülal ifrazı yüksək təzyiqə gətirib çıxarır və nəticədə beyin ödəmi, beyində qansızma kimi hallara rast gəlinir. O zaman həm ananın, həm də uşağın həyatını xilas etmək çətinləşir. Burada çox yüksək səviyyədə reanimasyon tədbirlər görülməlidir. Ana və körpənin ölümü ən çox sadalanan bu iki səbəb fonunda gerçəkləşir. Həmçinin, uşaqlığın cırılması nəticəsində də bu cür hallar olur. Öncədən qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən qadında çapıq incələ bilir, qəfildən uşaqlığın cırılması baş verir. Bununla da qadın şoka düşür və uşaq tələf olur. Situasiyalar müxtəlifdir".
Həkim bölgələrdə çalışan tibb işçiləri ilə bağlı deyilənlərə də aydınlıq gətirib:
"Bölgə ərazisində fəaliyyət göstərən xəstəxanalarda da savadlı həkimlər var. Belə halların qarşısının alınmasında reanimasyon briqadanın rolu böyükdür. Ola bilər ki, həmin qrup zəif olsun və ana xəstəxanaya vaxtında çatdırılmasın. Dəqiq səbəbi tapmaq üçün mütləq şəraitə baxıb analiz etmək lazımdır. Burada tamamilə fərqli səbəblər ana və körpə ölümlərinə gətirib çıxara bilər"./ "Yeni Sabah"

Sağlamlıq       Tarix: 23 avqust 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır


son xeberler azerbaycan xeberleri yeni xeberler şou biznes xəbərləri cəbhədən yeni xəbərlər iqtisadiyyat xeberleri bugun xeber.az