Analgetiklər və antibiotiklər qaraciyərə toksiki təsir göstərir
Analgetiklər və antibiotiklər qaraciyərə toksiki təsir göstərir
Qaraciyər insan bədəninin ən böyük və vacib daxili orqanıdır. Onun özünü bərpa etmək qabiliyyətinə malik olmasına baxmayaraq, qaraciyərə zərər vermək olduqca asandır.
Bu barədə rusiyalı həkim terapevt Tatyana Romanenko bildirib.
Mütəxəssisin sözlərinə görə, qaraciyərin zədələnməsinə yağlı və qızardılmış qidalar, həmçinin qeyri-sağlam həyat tərzi səbəb olur. Bu səbəbdən, insanda çəki və mədə-bağırsaq traktında problemlər yarana bilər.
Həkim yanlış qidalar qəbul etməklə yanaşı, insanın qəbul etdiyi dərmanların da qaraciyərə təsir göstərdiyini bildirib. Beləliklə, analgetiklər və antibiotiklər hepatotoksik təsir göstərir.
"Buna görə də bu dərman vasitələrindən sui-istifadə etməmək çox vacibdir və onları həkim resepti olmadan istifadə etməmək məsləhətdir. Özünümüalicə qaraciyər üçün ölümə bərabərdir", - deyə həkim qeyd edib.
O xatırladıb ki, qaraciyərə zərərli təsir göstərən, o cümlədən onun məhv olmasına gətirib çıxaran digər mənfi amil isə alkoqoldur.
Mənbə: Medzdrav.info / oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR