Analizlərin cavabını almaq üçün xəstəxanalara getməyə ehtiyac qalmadı
Vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, xidmətin optimallaşdırılması, həmçinin laborator analizlərin nəticələrinin daha rahat şəkildə təqdim edilməsi istiqamətində TƏBİB-in tabeliyindəki Rəqəmsal Tibbi Həllər İdarəsi tərəfindən işlər aparılır.
KONKRET.az bildirir ki, bu istiqamətdə həyata keçirilən işlərin tərkib hissəsi olaraq "mygov" rəqəmsal hökumət platforması vasitəsilə vətəndaşların laborator analizlərinin nəticələri "e-tabib" mobil tətbiqi ilə paralel olaraq, "mygov" rəqəmsal hökumət plarformasına da inteqrasiya olunub.
Məqsəd məkandan asılı olmayaraq laborator müayinə nəticələrinə əlçatanlığı təmin etmək, habelə vətəndaşların növbələrdə gözləməsi hallarını minimuma endirmək və tibbi xidmətlərdən istifadə rahatlığını təmin etməkdir.
Bununla da vətəndaşlar vaxt itirmədən və kağız daşıyıcıdan istifadə etmədən onlayn formada laborator analizlərinin nəticələrini öyrənə biləcəklər. Bunun üçün "mygov" rəqəmsal hökumət portalının mobil tətbiqində və eləcə də www.my.gov.az internet səhifəsində "Xidmətlərim" bölməsinə daxil olmaqla "Tibb məlumatlarım" hissəsinə keçid etmək lzımdır. Burada açılan "Laborator analizlər" pəncərəsindən nəticələri elektron formada əldə etmək, telefonun və kompüterin yaddaşına köçürmək mümkündür.
Yaxın müddətdə "Tibb məlumatlarım" bölməsində vətəndaşlara göstərilən digər tibbi xidmətlərin nəticələrinin də inteqrasiya edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, vətəndaşlar "e-tabib" mobil tətbiqinə daxil olaraq "Laboratoriya" bölməsinə keçid etməklə də laborator analizlərin və eləcə də digər tibbi xidmətlərin nəticələri ilə tanış ola bilərlər.

Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
"Sabah" – "Barselona" oyununun hakimləri bilindi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…