ANAMA: "Minaya düşənlər hansısa orqanlarını itirdikləri üçün həyatlarının məhv olduqlarını etiraf edirlər

ANAMA: "Minaya düşənlər hansısa orqanlarını itirdikləri üçün həyatlarının məhv olduqlarını etiraf edirlərANAMA: "Minaya düşənlər hansısa orqanlarını itirdikləri üçün həyatlarının məhv olduqlarını etiraf edirlər"
ANAMA tərəfindən insanların işğaldan azad olunmuş ərazilərə icazəsiz girişlərinin qarşısını almaq üçün mütəmadi maarifləndirici tədbirlər aparılır. Eyni zamanda işğaldan azad edilən ərazilərimizə gedən yolların girişində müxtəlif xəbərdaredici lövhələr yerləşdirilib.
Bu sözləri ANAMA-nın Əməliyyat İdarəsinin sistemlərin tədbiqi və metodologiya şöbəsinin müdiri Adil Aslanov Oxu.Az-a açıqlamasında deyib. 
O bildirib ki, bütün bunlara baxmayaraq, hələ də vətəndaşların işğaldan azad edilən rayonlara getməyə cəhd etməsi təəssüf doğurur:
ANAMA: "Minaya düşənlər hansısa orqanlarını itirdikləri üçün həyatlarının məhv olduqlarını etiraf edirlər"Məlumat lövhələrində ərazidə minaların olduğu, təhlükəli olduğu açıq-aydın qeyd olunub. Həmçinin polis nəzarət keçid məntəqələrində məlumatlandırıcı broşurlar paylayırıq. İcazəsi olan insanların həmin əraziyə keçidi zamanı onlar da məlumatlandırılır. Bilirsiz ki, ərazidə kommunikasiya xətlərinin tikintisi üçün müxtəlif təşkilatlar tərəfindən müvafiq işlər aparılır. Bu işçilər arasında da əməkdaşlarımız tərəfindən maarifləndirmə işləri aparılır. Ümumiyyətlə, insanların həmin ərazilərə daxil olmasını tövsiyə etmirik, daxil olanlara isə maksimum diqqətli olmalarını bildiririk. Çünki hazırda bu ərazilərdə düşmən tərəfindən basdırılmış gözə görünməyən düşmənlər qalmaqdadır".
A.Aslanov qeyd edir ki, minatəmizləmə əməliyyatları çətin olduğu qədər, həm də risklidir:
"Bilirik ki, ermənilər 30 il ərzində bu ərazilərdə müdafiə istehkamları qurublar. Bu istehkamların qorunması məqsədilə də ərazilərdə kifayət qədər mina və digər partlamamış hərbi sursatlar basdırıblar. Bütün bunlar həmin ərazilərə keçidi çətinləşdirmək üçün atılan addımdır. Biz ermənilərin əraziləri heç bir standartlara uyğun olmayan şəkildə minaladıqlarının şahidi oluruq. Bəzi hallarda 1 kvadrat metr ərazidə 5-6 minanın basdırıldığına rast gəlirik. Bununla yanaşı "sürpriz" minalar da var. Müxtəlif formaya salınmış partlayıcılara da rast gəlmişik. Həmin ərazilərə keçid olarsa, diqqətsiz bir davranışla həmin "sürpriz" minaların partlama riski çox böyükdür.
ANAMA: "Minaya düşənlər hansısa orqanlarını itirdikləri üçün həyatlarının məhv olduqlarını etiraf edirlərHazırda ANAMA-nın bütün əməliyyat heyəti kommunikasiya xətlərinin çəkilməsi proseslərinə cəlb olunub. Dövlət proqramına uyğun olaraq həyata keçirilən elektrik xətləri, yollar, su kanallarının və s. tikilməsi üzrə əməliyyatlar bir neçə istiqamətdə həyata keçirir. Əməliyyatlar minatəmizləmə vasitələri, minaaxtaran cihazlar, detektorlar və s. digər cihazlarla kompleks şəkildə həyata keçirilir. İşlər kifayət qədər intensiv aparılır".
"İşğaldan azad olunan ərazilərə keçən və xəsarət alan şəxslər bu əməllərindən peşman olduqlarını deyirlər. Biz həmin insanlarla söhbət edirik. Onlar öz yaxınlarının məzarlarını ziyarət etməyə getdiklərini deyirlər. Lakin, bu diqqətsizlik səbəbindən hansısa orqanlarını itirdikləri üçün həyatlarının məhv olduqlarını da etiraf edirlər. Həmin insanlar özləri digər vətəndaşlara səslənərək işğaldan azad edilən ərazilərə icazəsiz keçməməyə çağırır" -, deyə Adil Aslanov sonda qeyd edib.
ANAMA: "Minaya düşənlər hansısa orqanlarını itirdikləri üçün həyatlarının məhv olduqlarını etiraf edirlərKönül Cəfərli

Sosial       Tarix: 24 aprel 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun 2026 muharibe en son xeberler bu gun xeber.az 2026 son.xeber