Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim' - Namiq Qaraçuxurlu
Meyxanaçı Namiq Qaraçuxurlu uzun zaman sonra canlı yayımda qonaq olub.
azxeber.com xəbər verir ki, o, "Rəngarəng" verilişinə qatılıb.
Sənətçi xəyanətlə bağlı verilən suala maraqlı cavabı ilə diqqət çəkib:
"Xəyanəti heç vaxt bağışlamıram, bağışlamazlar! Xəyanətin dərəcəsi, növü olmur. Mən samballı adamam, elə samballı xəyanətdən də danışıram. Həyatda çox böyük peşmanlıqlarım yoxdu. Bəzən onları gözümdə böyüdürəm, amma onlara böyük peşmanlıq adı vermək olmaz".
Qaraçuxurlu anasının xəstəliyi dönəmində yaşadığı çətin günlərdən də danışıb:
"Mən yükü çiynimdə daşıyanda dərdi içimdə çəkirəm, öz başıma çox danışıram. Dərdimi heç kimə bildirmirəm. Bəzən də daha ağır hayqırtılarım olur. Bu da xarakterimdən irəli gəlir. Anam xəstə olanda illərlə dərdimi içimdə çəkmişəm. Anamın ölümünü qardaşımın sosial şəbəkə paylaşımından gördüm, o bilmirdi mən onu görürəm. Uzaqdayam deyə mənə deməmişdilər, Moskvada idim. Səhərisi gün qayıtdım və hava limanından bir başa məzarlığa getdim. Onun məzarında olanda yenə insan içində ağıaya bilmədim, kənara çəkilib nəfəsim kəsilənə kimi ağladım. Mən istəmirəm kimsə məni sınmış görsün, bunu sevmirəm.
Aysel

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür