Anar Quliyev: 10 ildə 9 şəhərdə 16 mindən çox mənzil tikilib

Anar Quliyev: 10 ildə 9 şəhərdə 16 mindən çox mənzil tikilibİyulun 17-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında Yeni Şəhər Gündəliyinin icrasına dair yüksəksəviyyəli iclas çərçivəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "İnsanlar naminə fəaliyyət: münasibmənzil, torpaq resursları, əsas xidmətlər və inklüzivliyə çıxışın genişləndirilməsi" mövzusunda keçirilən paneldə çıxış edib.
KONKRET.az xəbər verir ki, Anar Quliyev bildirib ki, əhalinin əlçatan mənzillə təmin olunması dayanıqlı inkişaf üzrə qlobal gündəliyin əsas prioritetlərindən biridir. Bu baxımdan, cari ilin may ayında Bakıda "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusunda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) mənzil məsələsi əsas müzakirə mövzularından biri olub. Qeyd edilib ki, Forum mənzilin insan ləyaqətinin, sosial inklüzivliyin və dayanıqlı inkişafın əsas təməli olduğunu bir daha təsdiqləyib.
Anar Quliyev: 10 ildə 9 şəhərdə 16 mindən çox mənzil tikilibKomitə sədri Azərbaycanın əhalinin əlverişli mənzillə təmin edilməsi sahəsində təcrübəsini təqdim edib. Vurğulayıb ki,10 il əvvəl Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yaradılıb və əhalinin mənzillə təmin olunmasına dair Yol Xəritəsi təsdiq edilib. Ötən dövr ərzində ölkənin 9 şəhərində 321 çoxmənzilli yaşayış binasını əhatə edən 14 layihə icra olunub və 16 000-dən çox mənzil istifadəyə verilib.
Həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa prosesinə də toxunulub. Anar Quliyev bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda görülən işlər yalnız infrastrukturun yenidən qurulması deyil, qayıdan sakinlər üçün layiqli yaşayış şəraitinin yaradılması, şəhər, qəsəbə və kəndlərin uzunmüddətli inkişafının təmin edilməsini də əhatə edir.
Qeyd olunub ki, son 6 il ərzində regionda ümumi sahəsi təxminən 3 000 000 m² olan müxtəlif təyinatlı tikinti obyektləri istifadəyə verilib, 16 000 ailə üçün çoxmənzilli və fərdi yaşayış evləri inşa edilib. Hazırda isə həyat 10 şəhər, 3 qəsəbə və 30 kənddə bərpa olunub, bu yaşayış məntəqələrində 90 000-dən çox insan yaşayır.
Anar Quliyev: 10 ildə 9 şəhərdə 16 mindən çox mənzil tikilibEyni zamanda, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) "Hər kəs üçün münasib mənzil" qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupun fəaliyyətindən söz açılıb. Azərbaycan və Somalinin həmsədrlik etdiyi İşçi Qrupun Azərbaycanın mənzil sahəsində beynəlxalq əməkdaşlığın inkişafına bundan sonra da fəal dəstək verməyə hazır olduğu qeyd edilib.
Çıxışının sonunda Anar Quliyev vurğulayıb ki, Ümumdünya Şəhərsalma Forumu (WUF13) və BMT Baş Assambleyasının yüksəksəviyyəli iclasının əsas nəticəsi eynidir: mənzil siyasəti kompleks yanaşmaya əsaslanmalı, görülən tədbirlər inklüziv olmalı, uzunmüddətli inkişafın təməli bərpa və ərazi planlaşdırılması prosesinin ən erkən mərhələlərində qoyulmalıdır.
Anar Quliyev: 10 ildə 9 şəhərdə 16 mindən çox mənzil tikilib

Siyasi       Tarix: 18 iyul 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler az cəbhədən son görüntülər ən son xəbərlər cəbhədən görüntüleri