Andrey Korobkov: "Bu, ABŞ-la qarşılıqlı münasibətdə Bakıya "kozır" verir" - MÜSAHİBƏ

Andrey Korobkov: "Bu, ABŞ-la qarşılıqlı münasibətdə Bakıya "kozır" verir" - MÜSAHİBƏAndrey Korobkov: "Bu, ABŞ-la qarşılıqlı münasibətdə Bakıya "kozır" verir" - MÜSAHİBƏ
Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd olan Vermont ştatının senatoru Berni Sanders prezidentlik yarışından çəkildiyini açıqlayıb. Deməli, ABŞ-ın hazırkı prezidenti, şərti "respublikaçı" Donald Trampın əsas rəqibi Co Bayden olacaq. ABŞ-da nə baş verir, bu ölkənin prezidenti kim olacaq? Koronavirus pandemiyası ABŞ-a və onun daxili siyasətinə necə təsir edir? Amerika seçkilərindən sonra postsovet məkanı ölkələrini, o cümlədən Azərbaycanı nə gözləyə bilər?
ABŞ-ın Tennessi Universitetinin politologiya professoru Andrey Korobkov Media.Az-ın qonağıdır:
Andrey Korobkov: "Bu, ABŞ-la qarşılıqlı münasibətdə Bakıya "kozır" verir" - MÜSAHİBƏ- Demokratlardan namizəd qələbəsi mümkünsüz görünən Co Bayden olacaq. O, yaşlılıq (qocalıq - red.) əlamətlərini nümayiş edir: Özünü amerikalılara evinin zirzəmisində gizlənən və hətta jurnalistlərlə görüşməyə belə risk etməyən qorxaq kimi göstərir.
Donald Tramp, qubernatorlar və hətta Konqresdəki demokrat rəhbərlik işlərini davam etdirir, ölkəni gəzirlər. Bu, şokedici bir təzaddır.
Demokratlar özlərini çıxılmaz dalana salıblar, heç bir alternativləri yoxdur. Onlar artıq kompromis fiqur da (şayiələrə görə, Nyu-York qubernatoru Endryu Kuomo namizəd ola bilərdi) təklif edə bilməyəcəklər. Kuomo məhz koronavirus pandemiyası zamanı sərgilədiyi davranışına görə xal topladı.
Ancaq indi danılmaz namizəd Co Baydendir, lakin onun reytinqi aşağıdır, korrupsiya qalmaqallarının izləri onun arxasınca gəzir; bu, həm Ukrayna, həm də bir çox başqa məsələlərdir.
Seçkilərdə intriqa yoxa çıxır, bu isə "demokrat seçicilər" tərəfindən marağın azalmasına gətirib çıxaracaq. Daha əvvəl də Demokrat Partiyası aparatının Co Baydeni dəstəklədiyi aydın idi ("solçular" bundan narazı idilər). Sorğulara görə, artıq indidən Berni Sandersi dəstəkləyən seçicilərin 15 faizi… Trampa səs verəcək. Bir çoxları isə, sadəcə, seçki məntəqələrinə gəlməyəcək. Bu, son seçkidə Hillari Klintonun qalib gəlməsinə imkan verməyən ssenaridir.
Ancaq bu da hamısı deyil. Respublikaçıların yarıdan çoxu Donald Trampa həvəslə səs verməyə hazırdır. Lakin Co Baydenin namizədliyinə demokratlardan yalnız 24 faizi həvəslidir. Belə bir namizədlə demokratik elektoratı səfərbər etmək olduqca çətin olacaq. Müstəqil, mərkəzdə olanların səsləri üçün də mübarizə var. Düzdür, burada demokratlar üçün vəziyyət daha yaxşıdır. Lakin "sol"da yerləşən elektoratını səfərbər etməyə Demokrat Partiyası çətin ki, nail olsun.
Deməliyəm ki, seçki kampaniyası hələ yeni başlayır. Donald Tramp Co Baydenə qarşı kompromatların (qeyd etdiyim kimi, Ukraynada və digər ölkələrdə toplanmış) üstündə "oturub". İndi bu kompromat böyük axınla gedəcək. Demokrat namizədin Trampla necə debat aparacağını təsəvvür etmək çətindir. Beləliklə, Berni Sandersin yarışdan ayrılması Co Bayden və demokratlar üçün "Pir qələbəsi"dir.
Ən yüksək reytinq Donald Trampdadır. Seçicilərin 50 faizi onun prezident kimi fəaliyyətini dəstəklədiklərini söyləyib. Onların arasında 44 faiz müstəqil, 94 faiz respublikaçı və 12 faiz demokrat var. Amerika cəmiyyətinin qütbləşməsini nəzərə alsaq, bu, olduqca gözlənilməzdir. Donald Trampın koronavirusla mübarizə tədbirlərini isə seçicilərin 60 faizi dəstəkləyir. Bu, onun üçün çox yaxşı, demokratlar üçün isə qorxulu rəqəmlərdir. COVID-19 ilə əlaqədar böhranın Trampı vuracağına dair gözləntilər özünü doğrultmadı.
- Yeri gəlmişkən, COVID-19 barədə danışaq. ABŞ-da koronavirusla bağlı vəziyyətin çox gərgin olduğu barədə məlumatlar var. Pandemiya ilə əlaqədar olaraq siyasət arxa plana keçmir ki?
- ABŞ ciddi bir şok yaşadı. Trampın prezident olduğu 3,5 il ərzində toplanan bütün səhm alışları, onları belə adlandıraq, iki həftə ərzində itirildi. Eyni zamanda, 10 milyon insan işsizlik müavinəti üçün müraciət etdi. Zərbə çox güclü oldu.
Böhran Amerikanın səhiyyə ilə bağlı problemlərini ortaya çıxardı. Əvvəla, mərkəzləşdirilmiş sistem yoxdur. Bu, profilaktik tədbirlərin aparılmasını çətinləşdirir. Ona görə də, bəli, son günlər siyasi proseslər arxa plana keçdi. Ancaq Trampın mövqeyinin möhkəmlənməsi ilə siyasətin qayıdacağı aydındır. Demokratlar hazırkı prezidentə hücum etməyə başlayacaq, bəlkə də sosial gərginliyi artıracaq.
Koronavirusa gəlincə, virusun əsas yayılma mərkəzləri ən liberal bölgələr və şəhərlərdir: Nyu-York, Kaliforniya, Sietl, Yeni Orlean və Detroyt. Yeri gəlmişkən, siyasi tərkibləri tanıtmaq cəhdləri indidən başlayıb. Bəzi media orqanlarında afroamerikalılar arasında ölüm hallarının artdığı bildirilir. Bu cür iddialar getdikcə daha çox ortaya çıxacaq.
- Buna baxmayaraq, payızda keçiriləcək prezident seçkilərində Donald Trampın qələbəsini əvvəlcədən gözlənilən bir hadisə kimi qiymətləndirmək olarmı? Bu, postsovet məkanına, Azərbaycan, Rusiya və digər ölkələrə necə təsir edəcək?
- Obyektiv şəkildə desək, indi vəziyyət elə gətirib ki, yalnız möcüzə Trampın prezident seçilməsinə mane ola bilər. Əgər ikinci müddətə yenidən seçilsə (hər şey buna doğru gedir), onun əli-qolu daha da açılacaq. O, xarici siyasətini diqqəti Avropadan Şərqi Asiyaya keçirməklə davam etdirəcək. Tramp hesab edir ki, dünyanın güc mərkəzi Qərbi Atlantikanı (hansı ki, 500 ildir burada idi) tərk edir. ABŞ-ın əsas vəzifəsi Çinin sürətli böyüməsinin qarşısını almaqdır.
Amerika prezidenti hesab edir ki, ABŞ-ın son onilliklərdə elə özünün qurduğu qlobalist sistemə yenidən baxması lazımdır. Əsas vəzifə Amerikanın suverenliyini gücləndirməkdir. Beləliklə, bütün bunlar ikinci dərəcəli kimi qiymətləndirilən və ABŞ-dan asılı olan Avropa teatrına, avropalı müttəfiqləri üçün ciddi nəticələrə səbəb olacaq.
Rusiya istisna olmaqla, Şərqi Avropa ölkələri və postsovet dövlətləri daha az əhəmiyyətli sayılacaq. Ən xoşagəlməz nəticələr Tramp üçün maraqlı olmayan Ukraynanı gözləyir.
Qafqaz və Yaxın Şərq məsələsinə gəlincə isə, demək olar ki, Donald Tramp bölgədəki Amerika siyasətinə ciddi şəkildə yenidən baxmağa çalışıb. 1979-cu ilə qədər ABŞ siyasəti üçlü model üzərində qurulmuşdu: İsrailə, sünni Səudiyyə Ərəbistanına və şiə İrana dəstək. Sonra İran inqilabı baş verdi, amerikalılar buradakı mövqelərini itirdilər və "İsrail - Səudiyyə Ərəbistanı" oxuna arxalandılar. Sonradan üçlü modelə qayıtmağa çalışan Barak Obama gəldi. Tramp isə bunu ləğv etdi və İranla münasibətləri pozdu.
Bu model çox da yaxşı işləmədi. Xüsusilə, Səudiyyə Ərəbistanı ilə Rusiya arasındakı "yarısövdələşmə" – "yarımüharibə" fonunda Körfəz ölkələri üzərində ABŞ-ın nəzarəti itdi.
Qəti şəkildə deyə bilərik ki, Donald Tramp Amerika şist sənayesini dəstəkləməkdə qərarlıdır. Vaşinqton neft istehsalçılarına təzyiq göstərməyə davam edəcək.
Azərbaycana gəldikdə, burada əsas amil ölkənizin İranla qonşuluğu və Vaşinqtonla Tehran arasındakı qarşıdurmadır. Azərbaycan və Türkiyənin yaxınlığını nəzərə alsaq, bu, ABŞ-la münasibətlərdə Bakıya müəyyən "kozır" verir.

Siyasi       Tarix: 10 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib. xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadl


son xeberler azerbaycan xeberleri yeni xeberler idman xeberleri maliyye xeberler bugun novruz bayramı sou biznes