"Anti-terror əməliyyatlarının başlanması üçün zəmin yaranıb" - Deputat
"Mən düşünürəm ki, artıq anti-terror əməliyyatlarının başlanması üçün zəmin yaranıb".
Bu sözləri Azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
O, qeyd edib ki, Azərbaycan dövləti Ermənistana zaman versə də, hər bir səbrin tükənmə vaxtı var:
"Paşinyan hakimiyyəti nə ordusunu, nə də öz hakimiyyətində olan şəxsləri idarə edə bilir. Bu da təbii ki, birbaşa münasibətlərə təsir edir. Azərbaycan dövləti bunu bir səbrlə qarşılasa da, hər bir səbrin tükənmə forması, vaxtı var. Məlum məsələdir ki, ortada olan tör-töküntü Araikin də qeyri-leqal quldurları da öz işini davam etdirməyə çalışır. Qeyd etmək istəyirəm ki, eyni zamanda sülhməramlı qüvvələr də öz funksiyasını, üzərlərinə düşən işi tam şəkildə yerinə yetirməlidir. Əks halda bu kimi hallar anti-terror əməliyyatları ilə nəticələnəcək".
Aydın Nuri

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı