Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA

Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtələrindən biridir. Əməliyyat nəticəsində ölkənin ərazi bütövlüyü tam bərpa edildi və Azərbaycanın suverenliyi bütün ərazilərində təmin olundu"
Bu sözləri politoloq Aydın Tağıyev azxeber.com-a açıqlamasında bildirib.
O deyib ki, bu hadisə Azərbaycanın hərbi gücünü diplomatik üstünlüyə çevirməsinin parlaq nümunəsidir:
"Bu hadisə Azərbaycanın hərbi gücünü diplomatik üstünlüyə çevirməsinin parlaq nümunəsi idi. Əməliyyatla birlikdə Ermənistanın hərbi-siyasi manevr imkanları ciddi şəkildə məhdudlaşdı. Azərbaycan isə regionda əsas söz sahibi mövqeyini möhkəmləndirdi. Antiterror əməliyyatı Cənubi Qafqazda mövcud güc balansına da təsirsiz ötüşmədi. Hadisələrdən sonra regionda yeni siyasi reallıqlar formalaşıb və tərəflərin danışıqlardakı mövqelərində ciddi dəyişiklik yaranıb. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması sülh danışıqlarının real müstəviyə keçməsi üçün mühüm zəmin yaradıb. Ərazi bütövlüyünün tam təmin olunması sülh danışıqlarının real formada başlanması üçün legitim əsasa çevrildi".
Politoloq qeyd edib ki, münaqişənin köklü həlli yalnız güc balansının dəyişməsi ilə mümkün idi:
"Münaqişənin köklü həlli yalnız güc balansının dəyişməsi ilə mümkün idi. Bundan sonra Azərbaycanın danışıqlar masasında mövqeyi daha da gücləndi və sülh prosesinin beynəlxalq müstəvidə irəliləməsi üçün yeni imkanlar yarandi. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşma da bu prosesin mühüm mərhələlərindən biri kimi qiymətləndirilə bilər. ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə keçirilən görüşdə sülh sənədinin paraflanması Azərbaycan-Ermənistan münasibətlərinin hüquqi çərçivəyə salınması istiqamətində mühüm addım olub. Bu görüş Qərbin Cənubi Qafqazda təsirini artırdı və sülh prosesini beynəlxalq müstəvidə möhkəmləndirdi. 2023-cü ilin sentyabrında baş verən hadisələrlə 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşma arasında siyasi baxımdan əlaqə var. Azərbaycanın hərbi üstünlüyünün sonrakı mərhələdə diplomatik nəticələrə çevrilməsi sülh prosesinin istiqamətinə ciddi təsir göstərib".
"2023-cü il sentyabrın 19-da keçirilən əməliyyat Azərbaycanın hərbi qələbəsini diplomatik üstünlüyə çevirdi. Əgər bu əməliyyat həyata keçirilməsəydi, Ermənistan sülh danışıqlarına real şəkildə oturmazdı. Vaşinqtonda paraflanan müqavilə isə göstərdi ki, yalnız güc və diplomatiyanın sintezi bölgədə praktiki sülh mərhələsinə yol açır. Beləliklə, 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin bütün ərazidə təmin olunması regiondakı siyasi proseslərin istiqamətini dəyişdirən əsas hadisələrdən biri olub. Sonrakı dövrdə diplomatik müstəvidə aparılan danışıqlar və 2025-ci il avqustun 8-də Vaşinqtonda atılan addımlar isə Azərbaycan-Ermənistan münasibətlərində münaqişədən sonrakı mərhələnin formalaşdığını göstərib",-deyə politoloq vurğulayıb.
Şahanə Ziyad

Siyasi       Tarix: 20 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşünd

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir

Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir. Bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimi

Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

"Gəncəsər və Xudavəng kimi abidələr...' - Deputat

"Tarixi saxtalaşdırmağın ən təhlükəli forması tarixi yenidən yazmaq deyil, onun daş yaddaşına müdaxilə etməkdir. Qarabağdakı xristian dini-mədəni irsi ətrafında illər boyu aparılan mübahisələr də göstərir ki, məsəl

Rusiya və Azərbaycan mühüm addıma hazırlaşır – Görüşün detalları açıqlandı

Rusiya və Azərbaycan arasında münasibətlərin gələcək istiqamətləri ilə bağlı Moskvada mühüm diplomatik təmas baş tutub. xəbər verir ki, tərəflər qarşıdakı təmasların qrafikini dəqiqləşdiriblər. Rusiya xarici işlər nazirini

Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil

Prezident İlham Əliyev Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkəni tapmaq mümkün olmadığını söyləyib. Dövlət başçısı bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

Qarabağ əməliyyatından Vaşinqton razılaşmasına gedən yol: Nələr dəyişdi? 

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı ölkənin dövlətçilik tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Əməliyyat nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyini

Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycandakı yeni səfiri təyin olunub. Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib. Giorgi Zakaraşvili 2021-ci ildən Gürcüstanın Ukraynadakı səfiri və GUAM-dakı daimi nümayəndəs

İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. xəbər verir ki, energetika nazir


azerbaycan xeberleri yeni xeberler son xeberler bugun xeberler oxu.az xeberler gunun xeberleri xəbərlər