"Apple"dan gözlənilməz qərar: İllərlə üzərində işlədiyi layihəni birdəfəlik dayandırdı - FOTO
"Apple"dan gözlənilməz qərar: İllərlə üzərində işlədiyi layihəni birdəfəlik dayandırdı - FOTO
Texnologiya nəhəngi "Apple" öz elektromobilini yaratmaq ideyasından imtina etmək və bu istiqamətdə bütün işləri dayandırmaq qərarına gəlib.
Bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, 10 ilə yaxındır üzərində işlər davam edən layihənin bağlanması barədə qərar şirkət daxilində bu sahədə çalışan işçilər tərəfindən elan edilib.
Bildirilir ki, "Apple" bundan sonra bütün diqqətini süni intellekt (AI) texnologiyalarının inkişafına yönəltmək istəyir. Bu məqsədlə elektromobilin yaradılması üzərində işləyən "Special Projects Group" komandasının bir çox işçisi generativ süni intellektin inkişafı bölməsinə köçürüləcək.
Qeyd edək ki, "Apple" mütəxəssisləri 2014-cü ildən layihə üzərində işləməyə başlayıblar, 2021-ci ildə isə onun beş-yeddi il ərzində tamamlanmasının mümkünlüyü barədə xəbər verilib.
Konsepsiyada elektromobilin adi sükan çarxı və pedallarının olmaması nəzərdə tutulurdu. Belə bir avtomobildə hərəkətin təhlükəsizliyini təmin etmək üçün kompleks köməkçi mexanizmlər sistemi də hazırlanmışdı.
/ oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR