Apteklərdə bizi gözləyən TƏHLÜKƏ

Apteklərdə bizi gözləyən TƏHLÜKƏApteklərdə satışla məşğul olan bəzi şəxslərin tibb sahəsindən anlayışı yoxdur. Onların bir qismi əczaçı yox, satıcı kimi fəaliyyət göstərirlər. Maraqlıdır, dərman vasitələri haqda məlumatlı olmayan insanların bu işə cəlb edilməsi nə dərəcədə doğrudur? 
KONKRET.azxəbər verir ki, məsələ barədə tibb elmləri doktoru, professor Adil Qeybulla "Yeni Sabah"a danışıb. Bildirib ki, aptekdə ortatəhsilli şəxs sadəcə satış üzrə fəaliyyət göstərə bilər:
"Apteklər özəl sektora daxildir. Bu səbəbdən özəl olaraq fəaliyyət göstərirlər. Özəl klinikalarda olduğu kimi, burada da bir sıra problemlər var. Əslində tibb müəssisələri mülkiyyət formasından asılı olmayaraq, tibb qanunlarına əsasən fəaliyyət göstərməlidirlər. Apteklərdə ortatəhsilli şəxslər çalışa bilər. Lakin bu fəaliyyət təkcə satış məsələsi deyil. Dərmanların dövriyyəsinin bir hissəsi apteklərə bağlıdır. Dərman vasitələri aptek şəbəkəsinə daxil olur, orada saxlanılır. Saxlanılma şəraiti də burada əsas məsələlərdən biridir. Bəzi dərmanlar var ki, soyuducuda saxlanılmalı, soyuq zəncirdən kənarda olmamalıdır. Elə dərman preparatları var ki, tamamilə quru mühitdə saxlanmalıdır. Dərmanların saxlanılma qaydasının düzgün təyin edilməsi, utilizasiyasının vaxtında həyata keçirilməsi, satış qaydaları və s. məsələləri dərindən bilən, məlumatlı mütəxəssislərin apteklərdə çalışması daha düzgündür. Bütün bunları icra edən bilən şəxslər isə tibb işçiləri, əczaçılardır. Ortatəhsilli formaseplər isə apteklərdə satış qaydalarını öyrənib, orada fəaliyyət göstərə bilərlər".
Professor qeyd edib ki, apteklərin fəaliyyəti araşdırılmalıdır:
"Müxtəlif sahədən olan və tibbi anlayışı, bu sahə üzrə təhsili olmayan insanların apteklərdə çalışması yolverilməzdir. Bu baxımdan, hesab edirəm ki, apteklərdə ciddi şəkildə araşdırma aparılmalıdır. Bu məsələlər qaydaya salınmalıdır. Bütün sahələrdə olduğu kimi, apteklərin fəaliyyətində də dünya standart və normalarını tətbiq etmək lazımdır".

Sağlamlıq       Tarix: 13 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir

Xəstəlik insan həyatının ən çətin sınaqlarından biridir. İnsan sağlamlığını itirdikdə ağrı, narahatlıq və qorxu ilə üzləşir, bəzən isə yaşadığı çətinliklərin səbəbini anlamağa çalışır. Xristian mənəvi ənənəsində xəstəli

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR 

Akademik tibbə meydan oxuyan tibb bacısı: Elizabet Kenni necə məşhurlaşdı?. Heç düşünmüsünüzmü, yüksək elmi dərəcələri olmayan, lakin böyük şəfqətə, müşahidə qabiliyyətinə və akademik doqmalara qarşı çıxmaq cəsarətinə mali

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir

"Bioloji fəallığa malik qida əlavələrinin nəzarətsiz və həkim məsləhəti olmadan qəbulu qaraciyər sağlamlığı üçün ciddi təhlükə yaradır". xəbər verir ki, bu barədə tibb elmləri namizədi, qastroenteroloq Yekaterin

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? – SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağı

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeber azerbaycanda son xeberler sonxabar az xeberler az