AQTA 84 obyektdə kobud qayda pozuntuları aşkarladı

AQTA 84 obyektdə kobud qayda pozuntuları aşkarladıAQTA 84 obyektdə kobud qayda pozuntuları aşkarladı
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
AQTA-dan bildirilib ki, 21 iyul 2020-ci il tarixində AQTA əməkdaşları tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 51-i ictimai iaşə obyekti, 177-si ərzaq satışı mağazası olmaqla, ümumilikdə 228 müəssisədə reyd keçirilib.
Reyd keçirilən obyektlərdən 84-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
"Ağbaba", "A and V", "Əkbər", "Pak-46", "Xəyal" marketləri, Vəliyev Sadiq Seyfəddin oğluna, Mustafayeva Səlimə Hacızadə qızına, Abdullayev Abdulla İmran oğluna, Mirzəyev Mirzə Zülfüqar oğluna, Əliyev Rizvan İbadulla oğluna məxsus ərzaq mağazaları;
Digər şəhər və rayonlar üzrə:
Abşeron rayonu, Xırdalan şəhərində "Bizim" marketi, Məmmədov Pərviz Xalib oğluna məxsus ət satışı mağazası;
Sumqayıt şəhərində "Gündüz", "Hacıbala", "Odlar Yurdu" marketləri;
Xaçmaz rayonunda Kərimov Eyvaz Kərəm oğluna, Məlikməmmədov Rəşad İlyas oğluna, Ağayev Nemət Sadıq oğluna məxsus ət satışı mağazaları (hər üç müəssisənin fəaliyyəti məhdudlaşdırılıb);
Quba rayonunda Qəribov Coşqun Valeh oğluna məxsus ərzaq mağazası;
Qusar rayonunda Rzayev Nofəl Heydər oğluna, Beybutov Elik Radik oğluna (fəaliyyəti məhdudlaşdırılıb), Heydərov Kamran Elxan oğluna, Əhmədov Yaşar Tofiq oğluna məxsus kafelər;
Hacıqabul rayonunda Əkbərov Teymur Əkbər oğluna məxsus kafe;
Şirvan şəhərində Musayev Məhəmməd Fərhad oğluna məxsus kafe;
Saatlı rayonunda Pənahov Babək Novruzəli oğluna məxsus kafe, Hüseynov Nizami Habil oğluna və Rüstəmov Ruslan Güləhməd oğluna məxsus ərzaq mağazaları;
Sabirabad rayonunda Həsənov Fariz Əbülfəz oğluna, Mirzəyeva Səadət Məmmədxan qızına məxsus ərzaq mağazaları;
İsmayıllı rayonunda "Lüks", "Cülyan", "Final" marketləri, Fərzəliyev Ramiz Rüstəm oğluna məxsus ərzaq mağazası, "Dostluq" kafesi, "Kupuç" restoranı, Allahverdiyev Xaliq Vəliç oğluna, Hüseynov Ələkbər Abdullah oğluna, Hümbətov Cavid Şərafət oğluna, Comərdov Həbib Mənsur oğluna məxsus ət satışı mağazaları;
Tərtər rayonunda Əliyev Nursəfa Əlisəfa oğluna və Seyidli Sənan Arif oğluna məxsus dönərxanalar, Qurbanov İlkin Şahin oğluna, Adıgözəlov Şamxal Zaur oğluna, Əliyev Ədalət İbrahim oğluna, İbrahimov Azad Hümbət oğluna, Məcidzadə Elçin Soltan oğluna, Ramazanov Əsgər Rafiq oğluna məxsus ərzaq mağazaları;
Lənkəran şəhərində Cavadov Elvin Tarix oğluna məxsus "Qala" dönərxanası;
Biləsuvar rayonunda Muradov Mətləb Yusub oğluna, Rzayev Ziya Abbas oğluna, Həsənov Elman Etimad oğluna və Məmmədzadə Anar Qürbət oğluna məxsus ət satışı mağazaları;
Balakən rayonunda Qasımov Vüqar Müslüm oğluna məxsus kafe;
Oğuz rayonunda Nəbiyev Səxavət Knyaz oğluna, Babayev Samir Oktay oğluna məxsus kafelər;
Zaqatala rayonunda Həsənov Əli Qüdrət oğluna, Şamxalova Məhəbbət Şuan oğluna məxsus kafelər;
Qəbələ rayonunda "Tural" və "Dondurma" marketləri;
Daşkəsən rayonunda "Narzan" yeməkxanası, Məmmədov Daşqın Natiq oğluna məxsus yeməkxana, Məmmədov Alik Hüseyn oğluna məxsus kafe, "Xoşbulaq" restoranı, Abdullayev Bəhman Rəfi oğluna, Abdullayev Mehman Rəfi oğluna, Hüseynov İlkin Fazil oğluna məxsus ərzaq mağazaları;
Qazax rayonunda Əliyev Ramin Valeh oğluna məxsus ət satışı mağazası;
Tovuz rayonunda Qasımov Qabil Şamil oğluna, Quliyev Vüqar Tərlan oğluna, Cəfərzadə Zülfüqar Xanlar oğluna məxsus ət satışı mağazaları;
Şəmkir rayonunda "Yaşıl məkan", "Şamlıq" kafeləri, "Çinar", "Ballı" marketləri, Sadıqov Vüsal Tacir oğluna məxsus ət satışı mağazası;
Zərdab rayonunda Mikayılov Tofiq İsrail oğluna, Məmmədov Vüqar Surxay oğluna, Qasımov Natiq Maşallah oğluna, İsayev Məhəmməd Allahverən oğluna və Əliyev Mehman Vaqif oğluna məxsus ət satışı mağazaları;
Ucar rayonunda "Bizim", "Ruzi", "Eltun" marketləri.
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək. /oxu.az

Sosial       Tarix: 22 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu

Bu gün ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə İdman istiqamətinə aid qabiliyyət imtahanında bir nəfər başqasının yerinə imtahana daxil olmağa cəhd edib. . xəbər verir ki,  bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məluma

Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır

Paytaxtda daha iki küçədə təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq. xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, vətəndaşların raha

Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti dünya bazarında 1 dollardan çox artıb. KONKRET.azxəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisəd

Xanım deputata ağır itki

Deputat Səbinə Salmanovaya ağır itki üz verib. -un "Unikal"a istinadən məlumatına görə, mərhumun atası Qədir Salmanov dünyasını dəyişib. Mərhum sabah Sumqayıt şəhər qəbiristanlığında torpağa tapşırılacaq. 3 mərasim

Azərbaycanda yaşlıların ən çox yaşadığı rayonlar

Azərbaycanda son 5 ildə 70 və yuxarı yaşlı əhalinin sayı nəzərəçarpacaq dərəcədə artıb. Ölkə üzrə bu yaş qrupuna daxil olanların sayı 150 mindən çox artsa da, rayon və şəhərlər üzrə statistika fərqli mənzərə ortaya qoyur

Azərbaycanda bu valyuta bahalaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. -ın məlumatına görə, iyulun 1-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi isə 0,0364 manat təşkil edib. Öz növbəsində, Rusiyanı

Bu şəxslər 40 minədək cərimələnəcək

Azərbaycanın İnzibati Xətalar Məcəlləsində taksi fəaliyyəti və avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində yol verilən bir sıra pozuntulara görə inzibati məsuliyyət nəzərdə tutulur. -a istinadla xəbər verir ki

Belə paylaşımların 2000 manat cəriməsi var

Şəxsi həyata aid məlumatların sosial şəbəkələrdə və müxtəlif platformalarda paylaşılması son illər daha çox müzakirə olunan mövzulardandır. Bəs qanunvericiliyə görə hansı məlumatlar şəxsi həyatın toxunulmazlığını pozan hesa

Sürücülük vəsiqəsi almaq istəyənlərə şad xəbər: Bundan sonra

Azərbaycanda sürücülük vəsiqəsi almaq istəyən vətəndaşların uzun müddətdir qarşılaşdığı və ciddi narazılıqlara səbəb olan problemlərdən biri öz həllini tapıb. Belə ki, sürücülük vəsiqəsi imtahanlarında iştirak etmək üçü


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun sou xeberler bugun maşın realiti şou xeberler bu qun