AQTA Bakıda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqəsinin fəaliyyətini məhdudlaşdırdı - AÇIQLAMA

AQTA Bakıda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqəsinin fəaliyyətini məhdudlaşdırdı - AÇIQLAMA AQTA Bakıda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqəsinin fəaliyyətini məhdudlaşdırdı - AÇIQLAMA
Qaradağ rayonu, Lökbatan qəsəbəsi Nizami küçəsində, 166 saylı tam orta məktəbin və Heydər Əliyev Parkının yanında qanunsuz fəaliyyət göstərən ət kəsimi məntəqələri ilə bağlı məlumat vermişdik.
Qanunsuz fəaliyyət göstərən məntəqə barəsində protokol tərtib edilib.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.
Belə ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 166 saylı və 139 saylı tam orta məktəblərin yaxınlığındakı qanunsuz heyvan kəsimi məntəqələri ilə əlaqədar ötən ilin noyabr ayında Agentliyin Çağrı Mərkəzinə vətəndaş şikayəti daxil olub. Daxil olmuş şikayət araşdırılıb, Qaradağ rayon polis idarəsinin İctimai təhlükəsizlik şöbəsinin əməkdaşları və Qaradağ İcra Hakimiyyətinin əməkdaşları ilə birgə keçirilmiş reyd zamanı həmin ünvandakı kəsim qurğuları ləğv edilərək qanunsuz fəaliyyətlə məşğul olan sahibkar barəsində 05.11.2019-cu il tarixində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə istinadən İnzibati xəta haqqında protokol tərtib edilib.
28-29 yanvar 2020-ci il tarixlərində isə yenidən Agentlik əməkdaşları Qaradağ İcra Hakimiyyəti və Qaradağ rayon polis idarəsinin İctimai təhlükəsizlik şöbəsinin əməkdaşları ilə birgə reyd keçirərkən quraşdırılmış qanunsuz heyvan kəsimi qurğuları ləğv edilib.
Eyni zamanda sahibkarlar bu sahədə maarifləndirilərək heyvan kəsiminin aparılması məqsədilə Qida Təhlükəsizliyinə Nəzarət Məntəqələri mövcud olan kəsim məntəqələrinə yönləndirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi tədbirlər görülür.
Qeyd edək ki, "Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" ölkə rəhbərinin müvafiq Sərəncamında baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları tərəfindən aidiyyəti tədbirlərin görülməsi öz əksini tapmışdır. Hazırda həmin sərəncama uyğun olaraq AQTA, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları tərəfindən birgə tədbirlər həyata keçirilməkdədir.
Könül Cəfərli  /oxu.az

Sosial       Tarix: 03 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA

Əmək pensiyalarının təyinatı bütün vətəndaşlar üçün eyni qaydada həyata keçirilmir. Xüsusi əmək şəraiti, xidmət sahəsi və tutduğu vəzifəyə görə bəzi şəxslər fərqli pensiya təminatı hüququ əldə edirlər. Bəs xüsusi şərtlərl

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler azerbaycan ən son xeberler xankendi qurban bayrami 2026