AQTA əməkdaşları daha bir reyd keçirib - FOTO

AQTA əməkdaşları daha bir reyd keçirib - FOTONazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
AQTA-dan Milli.Az-a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 35 ictimai iaşə obyekti, 188 ərzaq satışı mağazası olmaqla ümumilikdə 223 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 91-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
"Ağca", "Qardaşlar", "Xalid", "Mars", "Dilbazi", "Qız Qalası" marketlər, Əliyeva Pərvanə Tofiq qızına, Xəlilova Svetlana Heydər qızına, Həsənov Eldar Səlim oğluna, Paşayeva Sədaqət Balakişi qızına, Piriyev Kifayət Bəxtiyar qızına, Salayev Adil Eldar oğluna və Nuriyev İsmət Nurməmməd oğluna məxsus ərzaq mağazaları,
Digər şəhər və rayonlar üzrə:
Abşeron rayonunda İbrahimov Eldəniz Kamil oğluna və Kərimov Zamin Şəmil oğluna məxsus ət satışı mağazaları,
Sumqayıt şəhərində Həsənov Zamin Hüsü oğluna məxsus ət satışı mağazası,
Quba rayonunda Kərimov Anar Rasim oğluna, Talıbov Ceyhun Eldar oğluna məxsus kafelər, Müslümov Nəriman Müslüm oğluna, Hüseynov Tofiq Şakir oğluna, Bağırov Müşfiq Əsgər oğluna məxsus marketlər,
Şabran rayonunda Şahbazov Mariya Vasilovna qızına məxsus kafe, "Sahil", "Dağlı", "Çıraqqala", "Gilavar", "Bəy", "Delfin" restoranları, "Nazir" dönər evi,
Xaçmaz rayonunda Məmmədov Səxavət Ağayar oğluna məxsus ət satışı mağazası,
Kürdəmir rayonunda "Gözəl məkan", "Laçın", "Orxan", "Çinar", "Ekvador", "Elsəvər", "İdeya" kafelər,
Şamaxı rayonunda "Şirvan", "Şam", "Şirvansaray", "Xarı bülbül", "Dədə Qorqud", "Qoşa bulaq" restoranları, Həsənov Xalid Mirdamət oğluna, Nuralıyev Səməd Ramiz oğluna məxsus kafelər və Feyzullayev Tofiq Feyzulla oğluna məxsus yeməkxana,
Hacıqabul rayonunda Zeynalov Mübariz Sədiyar oğluna, Qəhrəmanov Məhərrəm Məmmədi oğluna məxsus kafelər, Bayramov Eldəniz Şirin oğluna məxsus ərzaq mağazası,
Şirvan şəhərində Babayev Xanqulu Hüseynqulu oğluna məxsus kafe,
Sabirabad rayonunda Əzizov Əlioğlan Güloğlan oğluna, Şıxəliyev Sahil Əliabbas oğluna məxsus kafelər,
Saatlı rayonunda Əhmədov Anar Həsən oğluna, Cavadov Röyal İbad oğluna məxsus ərzaq mağazası, Salayev Həsrət Hacırza oğluna məxsus kafe,
Ağdaş rayonunda "Murad", "Yenicə", "Bərəkət" marketlər, Həsənov Əsgər Həsən oğluna, İbrahimov Elxan Əziz oğluna, Allahverdiyev Nurlan Sadıq oğluna və Ağakişiyev İsmayıl İmdat oğluna məxsus ərzaq mağazaları,
Masallı rayonu, Ərkivan qəsəbəsində Xalıqzadə Cövdət Eldar oğluna məxsus ət satışı mağazası,
Cəlilabad rayonunda Cəfərova Səidə Ədalət qızına məxsus ərzaq mağazası,
Zaqatala rayonunda İbrahimova Süsən Fəxrəddin qızına və Mustafayeva Sevinc Musa qızına məxsus ərzaq mağazaları, Gəncəyev Hacı Ömər oğluna məxsus kafe,
Qax rayonunda Əliyev Fəqan Fərrux oğluna, İsmayılov Ruslan Yaşar oğluna məxsus marketlər,
Qəbələ rayonunda "Yeni Qəbələ", "Axar su", "Maral bulaq" restoranları,
Oğuz rayonunda Şabanov Azər Bayraməli oğluna məxsus ərzaq mağazası,
Gəncə şəhərində "Qoşa çinar", "Sakit" marketlər, Qasımova Zülfiyyə Gürzalı qızına və Şıxəliyeva Nigar Şıxəli qızına məxsus ərzaq mağazaları,
Naftalan şəhərində "Naftalan sağlamlıq mərkəzi", "Şəfa sağlamlıq mərkəzi", "Möcüzəvi Naftalan" müəssisələri, Finuni Bəhruz Bəhman oğluna və İbrahimov Aqşin Sabir oğluna məxsus müəssisələr,
Şəmkir rayonunda "Elçin", "Uğur", "Tural", "Şamlıq" kafelər, Rzayev Ceyhun Ramiz oğluna, Quliyev Vüsal Mayıl oğluna məxsus ət satışı mağazaları,
Tovuz rayonunda "Ocaq" və "Kənan" kafelər,
Qazax rayonunda Qurbanov İsrail Hacan oğluna məxsus ət satışı mağazası,
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 17 iyul 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeber sonxeber az şou biznes xəbərləri metbuat