AQTA saxta spirtli içkidən zəhərlənmələrlə bağlı əhaliyə müraciət etdi

AQTA saxta spirtli içkidən zəhərlənmələrlə bağlı əhaliyə müraciət etdiAQTA saxta spirtli içkidən zəhərlənmələrlə bağlı əhaliyə müraciət etdi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi kustar üsulla hazırlanmış spirtli içkilərlə bağlı əhaliyə müraciət edib.
Oxu.Az-ın xəbərinə görə, qurumun mətbuat katibi Aysel Fərziyeva bildirib ki, bayram günlərində azərbaycanlıların ən çox üz tutduğu ölkələrdən biri olan Gürcüstanda kustar üsulla hazırlanmış spirtli içkilərdən kütləvi zəhərlənmə halları artıb:
"Yerli mətbuatın məlumatına görə, dekabrın 31-dən yanvarın 3-dək xəstəxanalara 1254 müraciət daxil olub ki, onlardan 844-ü spirtli içkilərdən zəhərlənmə ilə əlaqədardır. Ölkəmizdə də bayram ərəfəsində kustar üsulla spirtli içki hazırlayıb insanların sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan cinayətkarlara rast gəlirik.
Bu kimi hallarla bağlı bayram günlərində də əməkdaşlarımız tərəfindən ictimai-iaşə obyektləri və satış müəssisələrində mütəmadi reydlər keçirilib və aşkarlanan faktlarla bağlı qanunmüvafiq tədbirlər görülüb. Aparılan reydlər və görülən tədbirlər barədə qarşıdakı günlərdə ətraflı məlumat verəcəyik.
Bu kimi faciəvi hallarla rastlaşmamaq üçün diqqətli olmaq lazımdır. Ucuz olduğu üçün bu içkiləri istifadə etməyi düşünənlər bunun özləri və yaxınları üçün faciə ilə nəticələnəcəyini bilməlidirlər".
"Özümüzü və ətrafımızdakı insanları bu cür dələduzların qeyri-insani əməllərindən qorumaq üçün ehtiyatlı olmalıyıq. Belə qanunazidd hallarla üzləşdikdə Qida Təhlükəsizliyi Agentliyinin "1003 – Çağrı mərkəzi"nə məlumat vermək lazımdır.
Eyni zamanda, hər bir istehlakçı ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirməli və məhsulların mənşə sənədlərini tələb etməlidir", - deyə A. Fərziyeva qeyd edib.
İlhamə Əbülfət /oxu.az

Sosial       Tarix: 05 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA

Əmək pensiyalarının təyinatı bütün vətəndaşlar üçün eyni qaydada həyata keçirilmir. Xüsusi əmək şəraiti, xidmət sahəsi və tutduğu vəzifəyə görə bəzi şəxslər fərqli pensiya təminatı hüququ əldə edirlər. Bəs xüsusi şərtlərl

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı

Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır. Azərbaycan Respublikasını

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"


son xeberler azerbaycan xeberleri yeni xeberler metbuat zelzele xəbərlər.com bu gunun xeberleri