Arağın öldürücü dozası ilə bağlı XƏBƏRDARLIQ
Çoxlu miqdarda arağın çox tez içilməsi həyat üçün təhlükəli ola bilər.
KONKRET.az lent.az-a istinadən xəbər verir ki, Rusiya Dövlət Təhsil Universitetinin tibb fakültəsinin müəllimi, cərrah Aleksandr Umnov spirtli içkinin ölümcül dozası ilə bağlı xəbərdarlıq edib.
Umnovun sözlərinə görə, orqanizmə 120 milliqrama qədər dozada daxil olan etil spirti qaraciyərdə emal oluna bilər. "Tərkibində etanolun miqdarı bu dəyərdən artıq olan spirt dozası qaraciyər filtrindən bütöv şəkildə keçir, qanda dövr etməyə başlayır və toxumalarda toplanır.
Bir saat ərzində bir litr araq içəndə doza öldürücü olur. Bu müddət ərzində qanda etanolun konsentrasiyası hər litr qanda beş-altı qrama çatır".
Umnov onu da qeyd edib ki, alkoqol zəhərlənməsinin əlamətləri bədən hərarətinin aşağı düşməsi, tənəffüsün ləngiməsi, nəbzin tezliyi, qeyri-sabit nitq, eləcə də halüsinasiyalar və epileptik tutmalardır. Cərrahın sözlərinə görə, böyük miqdarda araq qəbul etdikdən sonra insan hərəkət etməkdə çətinlik çəkir və praktik olaraq xarici stimullara reaksiya vermir.

Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
"Sabah" – "Barselona" oyununun hakimləri bilindi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…