Araz Əlizadə yeni Baş prokurordan gözləntilərini açıqladı: "Əminəm ki, belə də olacaq
Araz Əlizadə yeni Baş prokurordan gözləntilərini açıqladı: "Əminəm ki, belə də olacaq"
Mayın 1-də Azərbaycanda aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatlarının növbəti mərhələsi həyata keçirildi.
Prezident İlham Əliyev Milli Məclisin razılığı ilə Kamran Əliyevin baş prokuror təyin olunması ilə bağlı sərəncam imzaladı.
Bu posta Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin gətirilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür.
Yeni baş prokuror Milli Məclisin iclasında çıxışı zamanı siyasi, hüquqi islahatların, eləcə də, aparılan kadr islahatlarının ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirdiyini qeyd edib.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş deputat Araz Əlizadə Oxu.Az-a açıqlamasında prokurorluq sistemində dəyişikliklərin çoxdan tələb olunduğunu bildirib.
"Baş prokuror vəzifəsinə çox təcrübəli insan təyin edildi. Kamran Əliyev prokurorluq sistemində bütün pillələrdə - ən aşağı pillədən başlamış, ən yuxarı pilləyə qədər çalışıb", - deyə A.Əlizadə əlavə edib.
Eks-deputat Kamran Əliyevdən olan gözləntilərini də açıqlayıb:
"Gözləntim ondan ibarətdir ki, Baş prokuror Prezident İlham Əliyevin göstərişlərinə əsasən, qanunauyğun fəaliyyət göstərsin. Qanunun aliliyinin təmin edilməsi də prioritet olmalıdır və heç bir cinayətkar "nəfəs ala" bilməməlidir. Əminəm ki, belə də olacaq".
Aqşin Kərimov

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var