Arıqlayan zaman dəri sallanmasından necə xilas olaq?

Arıqlayan zaman dəri sallanmasından necə xilas olaq?Arıqlamağa qərar verən bir çox insan çəki azaldıqdan sonra sallanmış dəri problemi ilə qarşılaşır. Bəs bu narahatlıqdan necə qaçmaq və dərinin elastikliyini, tonusunu necə qorumaq olar?
KONKRET.az xəbər verir ki, Rusiyanın tanınmış plastik cərrahı Aleksey İqnatenko bununla bağlı öz tövsiyələrini bölüşüb.
Ekspertin sözlərinə görə, arıqlamaq – orqanizmin mürəkkəb yenidənqurma prosesidir, burda əsas amillərdən biri çəkini tədricən azaltmaqdır.
"Çox sürətli arıqlama dərinin elastikliyinin itirilməsinə səbəb ola bilər, buna görə də dərinin dəyişikliklərə uyğunlaşması üçün yavaş-yavaş arıqlamaq vacibdir", – deyə o bildirib.
Həkim digər vacib aspektin əzələ tonusunun saxlanılmasını göstərib.
"Bu məsələdə dartınma məşqləri kömək edəcək. Əzələləri gücləndirməyə yönəlmiş müntəzəm güc məşqləri dəri tonusunu qorumağa və sallanmanın qarşısını almağa kömək edəcək. Arıqlama zamanı metabolizm əhəmiyyətli dərəcədə dəyişir. Bu zaman sadəcə pəhrizdə olmaq deyil, düzgün qidalanmaq və dəri sağlamlığı üçün lazım olan kifayət qədər zülal, vitaminlər və minerallar qəbul etmək lazımdır", – deyə o izah edib.
Aleksey İqnatenko, həmçinin dərinin nəmləndirilməsi və elastikliyinin qorunması üçün kifayət qədər su içməyi tövsiyə edir.
"Buna dəstək vasitələri kimi masaj məsləhətdir. Üz və bədənin müntəzəm masajı qan dövranını yaxşılaşdırır, əzələləri gücləndirir və dəri tonusunu qoruyur", – deyə həkim əlavə edib.
Ekspert kosmetoloji xidmətlərin köməyini də vurğulayıb.
"Belə ki, radiodalğalı liftinq proseduru kollagen liflərini stimullaşdıraraq dərini möhkəmləndirir. Ultrasəs liftinq (ultrasəs terapiyası) kollagenin təbii istehsalını stimullaşdırır və dəri tonusunu yaxşılaşdırır. Lazer prosedurlarının növlərindən biri olan işıq lazerləri ilə stimulyasiya dərinin regenerasiyasına kömək edir. Botoks qırışları hamarlayır və dərini möhkəmləndirir. Həmçinin toxumaların regenerasiyasını stimullaşdıran plazma ilə dəriyə təsir edən plazmoterapiyanın effektivliyini də vurğulamaq istərdim. Vitaminlər, mikroelementlər və digər aktiv maddələrin dəri altına yeridilməsi proseduru olan mizoterapiya isə dərinin ümumi vəziyyətini yaxşılaşdırır".
Həkim sonda bildirib ki, dəriyə müntəzəm qulluq, nəmləndirici vasitələr, vitaminlər və antioksidantlarla zəngin serumlardan istifadə elastikliyi qorumağa və dərinin sallanmasının qarşısını almağa kömək edir.//Oxu.az

Sağlamlıq       Tarix: 17 noyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR 

Akademik tibbə meydan oxuyan tibb bacısı: Elizabet Kenni necə məşhurlaşdı?. Heç düşünmüsünüzmü, yüksək elmi dərəcələri olmayan, lakin böyük şəfqətə, müşahidə qabiliyyətinə və akademik doqmalara qarşı çıxmaq cəsarətinə mali

Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ

Havanın temperaturunun dəyişməsi orqanizmin uyğunlaşma mexanizmlərinə təsir göstərməklə xüsusilə yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün müəyyən sağlamlıq riskləri yarada bilər. Belə hava şəraitind

COVİD-in ən güclü ştammı Azərbaycanda da yayılıb?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın bəzi ölkələrində, eləcə də Avropada, ABŞ-da və Kanadada koronavirusun PJ 2.1 növü yayılıb. Bu ştamm soyuqdəymə və qrip simptomları ilə özünü göstərir. Bəs görəsən

Gizli təhlükə: Sağlamlığımıza səssizcə zərbə vuran məhsullar

Son zamanlar idman zallarında əzələ kütləsini artırmaq və fiziki göstəriciləri yaxşılaşdırmaq istəyən şəxslər arasında protein tozları və digər idman əlavələrindən istifadə geniş yayılıb. Lakin bu məhsulların həkim məsləhət

Bəşəriyyəti ölümcül bəladan xilas edən peyvənd: 8 yaşlı uşaq üzərində aparılan təhlükəli təcrübə

1796-cı il mayın 14-də ingilis həkim Edvard Cenner tibb tarixinin ən mühüm təcrübələrindən birini həyata keçirdi. O, səkkiz yaşlı bir uşağı qəsdən inək çiçəyi virusuna yoluxdurdu. Bir neçə həftə sonra isə onu dövrün ən qorxul

Arıqlama iynələrini dayandıranda nə olur?

Arıqlamaq üçün istifadə olunan "Ozempic", "Wegovy" və "Mounjaro" kimi preparatları dayandıran şəxslər itirdikləri çəkinin böyük hissəsini yenidən geri ala bilərlər. KONKRET.azxəbər verir ki

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmaya

Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir

"Bioloji fəallığa malik qida əlavələrinin nəzarətsiz və həkim məsləhəti olmadan qəbulu qaraciyər sağlamlığı üçün ciddi təhlükə yaradır". xəbər verir ki, bu barədə tibb elmləri namizədi, qastroenteroloq Yekaterin

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xəbərlər bugün valyuta mezennesi son xeber xeberler az