Artıq 120 min işsiz 190 manat həcmində birdəfəlik ödəniş alıb

Artıq 120 min işsiz 190 manat həcmində birdəfəlik ödəniş alıbArtıq 120 min işsiz 190 manat həcmində birdəfəlik ödəniş alıb
Nazirlər Kabinetinin qərarı ilə koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar ayrılan birdəfəlik ödəmə işsiz kimi qeydiyyatda olan əmək qabiliyyətli, lakin faktiki işsiz olan, sosial ödəniş almayan şəxslərə verilir.
Oxu.Az-ın məlumatına görə, qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Məşğulluq" altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə veriləcək.
Məsələn, ailədə ər və arvad ikisi də işsizdirsə, onlardan birinə, eyni zamanda ailənin digər üzvləri (məsələn ailənin oğlu və ya qızı) işsizdirsə və sosial ödəniş (əməkhaqqı, pensiya, müavinət, təqaüd, subsidiya və s.) almırsa, birdəfəlik ödəniş onlara da verilir.
Əsas məqsəd odur ki, bu vəsait yardımdan kənarda qalan insanlara, ailələrə dəstək verilməsinə yönəlsin, ayrılan maliyyə resursları ünvanlılıq prinsipi ilə xərclənsin, dəstəyə ehtiyac duyan ailələr bu birdəfəlik ödəməni alsınlar.
İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə aprelin 9-dan başlanılıb və ödəniş prosesi gündəlik davam edir. Ötən müddətdə (9-15 aprel) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 120 min işsiz şəxs üçün birdəfəlik vəsaitin bank filiallarına və poçt şöbələrinə köçürülməsi təmin olunub. Qeydiyyata alınan digər işsizlər də birdəfəlik ödənişlə təmin olunacaq.
Ödəniş edilənlərə işsiz kimi qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrələrinə bu barədə SMS göndərilir.
Mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə almaqla, mesajda "Azərpoçt" MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, bank göstərilibsə - həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə etmək mümkündür.
2020-ci il aprelin 1-nə qədər işsiz kimi qeydiyyata alınanlarla yanaşı, xüsusi karantin rejiminin davam etdiyi dövrdə də işsiz kimi qeydiyyata alınan şəxslər bu birdəfəlik ödəməni ala bilərlər. Əgər şəxs əvvəllər müraciət edərək işsiz kimi qeydiyyata alınıbsa, təkrar qeydiyyat üçün müraciətinə ehtiyac yoxdur.
Həmçinin şəxsiyyət vəsiqəsinin müddəti bitmiş şəxslər üçün də xüsusi karantin rejimi dövründə müraciət imkanı yaradılıb. Belə ki, onların şəxsiyyət vəsiqəsinin müddəti xüsusi karantin rejiminin sonunadək uzadılıb.
Birdəfəlik ödəmə ilə bağlı vətəndaşlara aşağıdakı müraciət üsuları yaradılıb:
- e-sosial.az portalında "e-xidmətlər" bölməsinə daxil olaraq "Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi" linkinə daxil olaraq. Bunun üçün istifadəçi kimi qydiyyatdan keçmək və ya "ASAN imza", yaxud elektron imza tələb olunur.
- İkinci və daha asan müraciət üsulu belədir: e-sosial.az portalında "onlayn müraciət" bölməsindən istifadə etməklə hər hansı bir qeydiyyat proseduru tələb olunmadan işsiz və ya işaxtaran kimi uçota alınmaqla. Burada müraciət şəxsiyyət vəsiqəsinin və FİN nömrələrini daxil etməklə, "İstiqamət" bölməsində "məşğulluq sahəsində göstərilən xidmətlər", "Xidmət növü" bölməsində isə "vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması" bölmələrini seçmək lazımdır.
- Üçüncü müraciət üsulu internetə çıxış imkanları olmayan işsizlər üçündür. Yəni onlar qeydiyyata alınmaq üçün müvafiq rayon (şəhər) məşğulluq mərkəzlərinin telefon nömrələrinə (telefon nömrələri: https://sosial.gov.az/laq-nomrlri) zəng edə bilərlər.
Qeyd edək ki, işsiz şəxslər işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxslərdir.
Muzdla (əmək müqaviləsi ilə) işləyənlər, mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, əyani təhsil alan tələbələr və b. məşğul şəxs sayılırlar və işsiz şəxs kimi qeydiyyata alınmırlar.

Sosial       Tarix: 16 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler krimnal bugun xeberler bugun ensonxeberler