Artur Süleymanov: Rusiya ilə Azərbaycan arasında qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri qurulub

Artur Süleymanov: Rusiya ilə Azərbaycan arasında qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri qurulubArtur Süleymanov: Rusiya ilə Azərbaycan arasında qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri qurulub
Azərbaycan-Rusiya münasibətləri yüksək qarşılıqlı fəaliyyət səviyyəsindədir, tərəfdaşlıq əlaqələri inkişaf edir, hər iki dövlətin xeyrinə möhkəmlənir. Azərbaycan və Rusiya arasındakı münasibətlər mehriban qonşuluq, çoxəsrlik dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır.
Bundan əlavə, ölkələr bölgədə təhlükəsizliyin möhkəmlənməsi naminə fəal əməkdaşlıq edirlər. Azərbaycan və Rusiya arasında uzun illər davam edən tərəfdaşlıq ərzində iqtisadi, hərbi-texniki və humanitar əməkdaşlıq qurulub.
Siyasi elmlər namizədi, "Berlek-Birlik" geosiyasi araşdırmalar mərkəzinin ekspert-politoloqu, Ufa Dövlət Neft Texniki Universitetinin "Beynəlxalq münasibətlər, tarix və şərqşünaslıq" kafedrasının dosenti Artur Süleymanov Media.Az-a ötən il Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlığın səviyyəsi, həmçinin, 2020-ci ildə ölkələr arasındakı qarşılıqlı fəaliyyət perspektivlərindən danışıb.
Artur Süleymanov: Rusiya ilə Azərbaycan arasında qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri qurulub"Rusiya ilə Azərbaycan arasında dostluq və hörmət prinsipləri əsasında qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri qurulub. Ötən 2019-cu ildə cari ildə ikitərəfli əlaqələrə nikbin və müsbət baxmağımıza imkan verən əhəmiyyətli rəsmi və digər ictimai tədbirlər keçirildi", - ekspert deyib.
Onun sözlərinə görə, strateji yaxınlaşma kursu müəyyən edilib, iqtisadiyyat və mədəniyyət sahələrindən tutmuş müxtəlif sahələrə aid 140 dövlətlərarası və hökumətlərarası müqavilələrlə (razılaşma) möhkəmləndirilib:
"Onların bir çoxu Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planında öz əksini tapıb".
"Azərbaycanla ticarət-iqtisadi əlaqələr Rusiya Federasiyasının 72 subyekti tərəfindən qurulub və dəstəklənir. Bununla yanaşı, Rusiya Azərbaycan üçün qeyri-xammal qrupu məhsullarının idxalı və ixracı baxımından əsas tərəfdaşlardan biri kimi çıxış edir. Rusiya-Azərbaycan əlaqələri çoxtərəfli regional gündəm mexanizmləri ilə zənginləşdirilir.
Buraya Xəzər regionundakı qarşılıqlı fəaliyyətlər və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsi daxildir. Ekspert və analitik dairələrdə Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulma imkanları barədə fəal müzakirə gedir, bu prosesin üstünlükləri, mexanizmləri və riskləri hesablanır", - Artur Süleymanov qeyd edib.
Rusiya ilə Azərbaycan arasında mədəni-humanitar əlaqələrə toxunan ekspert bildirib ki, bu əlaqələr iki dövlətin dünyadakı əsas məsələlərə yaxın baxışlarının formalaşmasında heç də az əhəmiyyət kəsb etmir.
"Bu gün Azərbaycanda dünyadakı ən böyük rusdilli diasporlardan biri – 130 minə yaxın insan, Rusiya Federasiyasında isə təxminən 2.5 milyon azərbaycanlı yaşayır. Xalqların yaxınlaşmasına təhsil və elmi layihələr, ümumtarixi tarixlər və hər iki ölkənin tanınmış xadimləri kömək edir", - Azərbaycanda rus dilində təhsil verən 340 məktəbin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyət göstərdiyini vurğulayan ekspert bildirib.
"Bütün MDB-yə üzv dövlətlər kimi, Rusiya-Azərbaycan mədəniyyətlərarası dialoqun möhkəmlənməsi üçün xüsusi əhəmiyyət kəsb edən bir tarixdir - Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi. Bu günə bir hörmət və Birlik ölkələri tərəfindən birlikdə qeyd edilməsi, faşizm üzərində Qələbədəki bütün xalqlar qarşısında mənəvi borcu yerinə yetirməklə yanaşı, ortaq tarixin yenidən yazılması üçün edilən hər hansı bir cəhdləri dayandırmağa imkan verir.
Buna görə də hesab edirəm ki, Rusiya ilə Azərbaycanın ortaq bir tarixə, dilə, mədəniyyətə qarşılıqlı marağı ikitərəfli əlaqələrin inkişafında mühüm və mədəni inteqrasiya edən amil kimi xidmət edir.
MBD-yə üzv bütün dövlətlərlə olduğu kimi, Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar əlamətdar tarix Rusiya-Azərbaycan mədəniyyətlərarası dialoqunun möhkəmlənməsində də xüsusi əhəmiyyət daşıyır.
Bu günə verilən hörmət və onun birlik ölkələri tərəfindən birlikdə qeyd edilməsi, yalnız faşizm üzərində Qələbədə iştirak etmiş bütün xalqlar qarşısında mənəvi borcun yerinə yetirilməsinə deyil, həmçinin, ortaq tarixin təhrif olunaraq yenidən yazılması üçün edilən bütün cəhdləri dayandırmağa imkan verir. Buna görə də hesab edirəm ki, Rusiya ilə Azərbaycanın ortaq tarixə, dilə, mədəniyyətə olan qarşılıqlı marağı ikitərəfli əlaqələrin inkişafında mühüm və mədəni inteqrasiya amili kimi xidmət edir", - Artur Süleymanov qeyd edib.
Alla Zeydullayeva

Siyasi       Tarix: 20 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Keçmiş kansler Şröderİn Rusiya ilə daha bir bağlılığı üzə çıxdı

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Globus hipermarket şəbəkəsinin Rusiyadakı bölməsində çalışmağa başlayıb. xəbər verir ki, bu barədə RBK rusiyalı "Hiperqlobus" MMC-nin nümayəndəsinə istinadən məlumat verib

Rusiya Ukrayna ilə bağlı tələb etdi - Qazaxıstan məcbur oldu

Qazaxıstanda Ukrayna vətəndaşı Rusiyanın sorğusu ilə saxlanılıb. Bunu DW öz araşdırması nəticəsində müəyyən edib. Lyubov Rojanskaya İstanbuldan Astanaya uçuşdan sonra hava limanında saxlanılıb. O, hazırda Qazaxıstan paytaxtını

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal


yeni xeberler azerbaycan xeberleri son xeberler maraqlı xəbərlər cəbhədən görüntüleri apa.az xeberler hava