Arutyunyan yenə SƏRSƏMLƏDİ: "Sülhməramlılar Arsaxda zəmanətli və müddətsiz olmalıdır"
Qarabağ separatçılarının lideri Arayik Arutyunyan növbəti təxribat xarakterli bəyanatla çıxış edib.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, qondarma prezident Arayik Arutyunyan sahibinin yanında quyruq bulayanlar kimi yenə ağzına gələni çərənləməyə başlayıb:
"Mən hesab edirəm ki, Rusiya sülhməramlı qoşunu Arsaxda ehtiyac olduğu qədər, zəmanətli və müddətsiz olmalıdır. Və bu məsələdə Arsax xalqının tələbatı və fikirləri əsas amillər olmalıdır, çünki biz sülhməramlı missiyanın əsas benefisiarlarıyıq. Təhlükəsizliyin adekvat səviyyəsini təmin etmək yolunda digər mühüm istiqamət mövcud reallıqları və vəziyyəti nəzərə alaraq Arsax Müdafiə Ordusu, Polisi və Milli Təhlükəsizlik Xidmətinin imkanlarının ardıcıl inkişafıdır. Xarici siyasət sferasında xalqın öz müqəddəratını təyinetmə hüququnun tanınması uğrunda mübarizə davam etdiriləcək. Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq, burada Arsax Respublikasının müstəqilliyinin öz müqəddəratını təyinetmə hüququ əsasında beynəlxalq səviyyədə tanınması bizim əsas və barışmaz məqsədimizdir və bu, münaqişənin həllinə yol açacaqdır. Arsax Müdafiə Ordusu və Rusiya sülhməramlı kontingenti tərəfindən təmin edilən nisbi sabitlik bir sıra mühüm məsələləri həll etməyə və tərəqqiyə töhfə verəcək proqramları işə salmağa imkan verib", – deyə Arayik sərsəmləyib.
P.S. Deyəsən Azərbaycan "dəmir yumruğunu" yenidən işə salmalı olacaq. Arayikin başı qoltuq arasında olduğuna görə, rusun ətəyindən bərk yapışıb. Rusların orada olması Arayikin həbsxanalarda çürüməməsinə, həyatda qalmasına qarantdır. Qorxduğu üçün ruslara getməmələri üçün yalvarır. Rusların Qarabağda qalma məsələsinə Azərbaycan qərar verəcək, Arayik yox.
Xuraman Etibarlı,
KONKRET.az

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı