Asiya İnfrastruktur İnvestisiya Bankı koronavirusa görə Türkiyəyə 500 milyon dollar vəsait ayırıb
Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) direktor şurası bankın COVID-19 böhranına qarşı fondundan Türkiyənin iki bankına dövlət zəmanəti ilə ümumilikdə 500 milyon ABŞ dolları ayrılmasını təsdiqləyib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, vəsait yeni növ koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinlik dövründə infrastruktur və istehsal sahəsində fəaliyyət göstərən şirkətlərə maliyyə dəstəyini təmin edəcək.
Bildirilir ki, pandemiya ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimi Türkiyənin özəl sektoruna, xüsusən də ölkədə məşğulluğun 74 faizini təmin edən kiçik və orta sahibkarlıq subyektlərinə ciddi təsir göstərib. Şirkətlər gəlirlərin azalması, maliyyə sıxıntıları kimi çətinliklərlə üzləşib. AİİB-in Türkiyə İnkişaf və Sərmayə Bankına (300 milyon dollar) və Türkiyə Sənaye İnkişaf Bankına (200 milyon dollar) ayırdığı vəsait də özəl sektora qısamüddətli kreditlərin verilməsi üçündür.
Qeyd edək ki, Azərbaycanın təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankı dövlət və özəl sektordan olan müştərilərin pandemiya ilə əlaqədar artan tələbatını ödəmək üçün COVID-19 böhranına qarşı fondunu 2 dəfə artıraraq 10 milyard ABŞ dollarına çatdırıb. İndiyədək fonddan Hindistan, Çin, Banqladeş, Filippin də daxil olmaqla bir neçə ölkədə ümumilikdə 13 layihəyə 5,5 milyard dollar vəsait ayrılıb.
Milli.Az /news.milli.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar