Astma zamanı faydalı olan məhsullar bəlli oldu
Astma zamanı faydalı olan məhsullar bəlli oldu
Əsasən bitki mənşəli məhsullardan ibarət olan pəhriz astmadan əziyyət çəkənlər üçün faydalıdır və onun simptomlarını yüngülləşdirir. Lakin süd və yağlı məhsullar, əksinə, xəstənin səhhətinə mənfi təsir göstərə bilər.
"Eurek Alert" nəşri bildirir ki, bu barədə ABŞ-ın Məsul tibb üzrə həkimlər Komitəsinin tədqiqatçıları tərəfindən aparılan araşdırmanın nəticələrində deyilir.
Alimləri ilk növbədə meyvə, tərəvəz, taxıl və yüksək sellüloza tərkibli digər məhsullar maraqlandırırdı.
Aparılan eksperimentlərdən biri göstərdi ki, səkkiz həftə ərzində bitki mənşəli məhsullarla qidalanan astma xəstələrinin əksəriyyətinin dərmanlara ehtiyacı qalmır, simptomlar isə daha zəif ifadə olunurdu. Bir il davam edən başqa bir təcrübə göstərdi ki, bitki mənşəli qida udulan havanın həcmini və ağciyərin digər vacib göstəricilərini artırmağa kömək edir.
Bitki qidalarının tərkibində iltihabı azaltmağa kömək edən çoxlu lif və antioksidanlar var. Lakin süd məhsulları və doymuş yağlarla zəngin məhsullar isə təhlükəli ola bilər, belə ki, onlar iltihabın səviyyəsini yüksəldirlər və bununla da xəstənin vəziyyətini ağırlaşdırırlar. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb