Atasının təhqirlərindən sonra çəkisi 135 kiloya çatan qadın həyatını dəyişməsindən danışdı - FOTO
Atasının təhqirlərindən sonra çəkisi 135 kiloya çatan qadın həyatını dəyişməsindən danışdı - FOTO
Amerikanın Kolorado ştatının sakini Mixael Miller 68 kq arıqlamağının sirrini paylaşıb.
Bu barədə "Daily Mail" xəbər yayıb.
Məlumata görə, 31 yaşlı bank işçisi uşaq yaşlarından artıq çəkidən əziyyət çəkib. Validenyləri bundan narahat olaraq ona daha sərt şəkildə nəzarət etmək istəyib. Xüsusən atası onu çox utandırıb. Miller isə özünə qarşı bu davranışa üsyan edərək daha çox yeməyə başlayıb.
Nəticədə onun çəkisi 135 kq-a çatıb. 25 yaşında olarkən o, ağır allergik reaksiya keçirir, həkimlər isə bunu ürək tutması ilə səhv salırlar. Miller bu hadisə zamanı o qədər qorxur ki, həyatını kökündən dəyişmək və arıqlamaq qərarına gəlir.
Müxtəlif pəhrizlərdən sonra Miller mədə kiçiltməsi əməliyyatı etdirir. Əməliyyat effektivliyini göstərir. Ancaq qadın bundan əlavə hər gün kardioməşqlərlə məşğul olur və yüksək zülallı ev yeməkləri ilə qidalanır.
Hazırda qadın 68 kq çəkiyə düşüb. Miller ona dəstək olan və motivasiya edən gənclə də tanış olub.
"Ömür boyu artıq çəkidən əziyyət çəkən birinin beyninə artıq kök olmadığını dərk etməsi üçün müəyyən vaxt lazımdır. Arıqlamağımdan uzun vaxt keçməsinə baxmayaraq, hələ də bəzən otaqda olan insanlardan daha kök olduğumu düşünürəm. Özümü sevmək üzərində işləyirəm", - deyə qadın bildirib.
O, arıqlamağa başlayanlar üçün həyata hərəkətlilik qatmağı tövsiyə edib.
"Hərəkət dərmandır və biz nə qədər çox hərəkət etsək, o qədər özümüzü yaxşı hiss edirik. Özümüzü nə qədər yaxşı hiss etsək, o qədər düzgün qidalanacağıq. Diqqəti arıqlamağa deyil, sağlamlığa və yaxşı əhval-ruhiyyəyə kökləyin", - deyə Miller sözlərini yekunlaşdırıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb