ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər

ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilərDövlət bankı Azər Türk Bank Alman–Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə Bakıda keçirilən Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında eksklüziv "Platinum" tərəfdaş qismində iştirak edir.
azxeber.com xəbər verir ki, tədbirdə Almaniya və Azərbaycanın dövlət qurumlarının, biznes dairələrinin, beynəlxalq maliyyə institutlarının və digər təşkilatların nümayəndələri iştirak edirlər.
Konfrans "Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, yaşıl enerji və rəqəmsallaşma üçün maliyyə vəsaitlərinin səfərbər edilməsi" mövzusuna həsr olunub.
Azər Türk Bankı konfransda İdarə Heyəti sədrinin müavini, Baş kommersiya inzibatçısı Fərid Quliyev təmsil edib və öz çıxışında müzakirə olunan mövzularla bağlı Bankın mövqeyini açıqlayıb.
Belə ki, Orta Dəhlizin artan strateji əhəmiyyəti, irimiqyaslı infrastruktur və enerji layihələrinin maliyyələşdirilməsində bank sektorunun mühüm rolu, eləcə də beynəlxalq kapitalın cəlb olunması üçün layihələrin maliyyə baxımından dayanıqlı strukturunun yaradılmasının vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd edilib ki, Azər Türk Bank dayanıqlı inkişafı və yaşıl layihələri gələcək iqtisadi artımın mühüm hərəkətverici qüvvələrindən biri hesab edir. Bank əmindir ki, Azərbaycanın genişmiqyaslı layihə imkanları ilə Almaniyanın yüksək texnoloji gücünün və maliyyə mexanizmlərinin vəhdəti, hər iki ölkənin dövlət və özəl sektorları üçün strateji və uzunmüddətli əməkdaşlıq platforması formalaşdıracaq. 
Azər Türk Bankın Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında eksklüziv "Platinum" tərəfdaş kimi iştirakı Bankın dayanıqlı iqtisadi inkişafın, beynəlxalq biznes əməkdaşlığının və ölkənin strateji layihələrinin maliyyələşdirilməsi istiqamətində dialoqa verdiyi töhfənin davamıdır.
ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilərATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər

İqtisadiyyat       Tarix: 08 oktyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar

2 oktyabr 2026-cı il tarixində PAŞA Bankın Müşahidə Şurasının sədri Şahin Məmmədov PASHA Bank Georgia-nın Müşahidə Şurasının sədri, PAŞA Bankın İdarə Heyətinin üzvü və baş risk inzibatçısı Pərvin Əhədzadə isə Müşahidə Şurasını

Sosial yardım, pensiya, müavinətlərlə bağlı açıqlama

Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2026-cı ilin yanvar-sentyabr ayları ərzində 14 354 vətəndaş müraciəti cavablandırılıb. xəbər verir ki, bu barədə Fonddan bildirilib

Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq

Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış "Aqrar sahə haqqında" yeni qanunun layihəsi ictimai müzakirəyə təqdim edilib. "Aqrar sahə haqqında" yeni qanun layihəsi kənd təsərrüfatında geniş dəyişikliklə

Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?

Xəbər verdiyimiz kimi, Azərbaycanın investisiya imkanlarının beynəlxalq miqyasda tanıdılması və ölkəyə yeni sərmayələrin cəlb edilməsi baxımından mühüm əhəmiyyət daşıyan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib

Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Hər kəsin planı var: övladının təhsili, ailəliklə uzun illər gözlənilən səyahət, evdə çoxdan başlatmalı olduğun təmir və ya yeni ilə yeni başlanğıc. Bəzən isə o planı gerçəkləşdirməyə cəmi bir addım qalır. Sənin qızılın d

Radius "Canlı əfsanələr" layihəsinin 2026 kolleksiyasını Qurban Qurbanova həsr edir

Radius ölkəmizin tarixində və cəmiyyətində xüsusi iz qoymuş görkəmli şəxsiyyətlərə həsr olunan "Canlı əfsanələr" layihəsinin 2026 kolleksiyasını təqdim edir. xəbər verir ki, 2026 kolleksiyası Azərbaycan futbolund

İlk kredit müraciətinə 1% endirim və 0% komissiya

Hər yeni addım böyük bir təcrübənin başlanğıcıdır. Həyat keyfiyyətini artıracaq planları gerçəkləşdirmək üçün Yelo Bank-ı seçənlər bu addımın nə qədər doğru olduğunu ilk andan hiss edirlər.  Yelo Bank-dan ilk dəfə nağd kredi

Quba Palace Hotel'in Qolf meydançasında yeni simalar – məktəblilər üçün dərslər başladı - FOTOLAR

Quba Palace Hotel və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə layihəsi olaraq "Quba Palace Hotel"in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda məktəblilər üçün qolf dərslərinə start verilib

Azercell yeni "Oyun Portalı"nı istifadəyə verir

Azercell rəqəmsal xidmətlər portfelinə oyun xidmətlərini əlavə edir. "Azercell" mobil tətbiqində istifadəyə verilən yeni "Oyun Portalı" müxtəlif oyun, turnir və viktorinaları bir platformada birləşdirir. 


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam.az xeberler ensonxeberler kriminal maraqlı xəbərlər