Aviabilet alanlar Mərkəzi Gömrük Hospitalında COVID-19 testi verə bilərlər
Aviabilet alanlar Mərkəzi Gömrük Hospitalında COVID-19 testi verə bilərlər
Aviabileti olan sərnişinlər artıq Mərkəzi Gömrük Hospitalında da yeni növ koronavirus (COVID-19) testindən keçə bilərlər.
Bu barədə Oxu.Az-a Mərkəzi Gömrük Hospitalının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, PCR laboratoriyası aviabileti olan sərnişinlərə yeni növ koronavirus (COVID-19) testindən keçmək xidmətini göstərir.
PCR testinin verilməsi üçün sərnişinlərin əvvəlcədən Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzinə (012 404 08 08) zəng vuraraq qeydiyyatdan keçməsi mütləqdir. Qeydiyyatdan keçən sərnişinlər Hospitalın qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsini təqdim etməklə uçuşdan 48 saat əvvəl PCR testindən keçə bilərlər.
PCR testi verən şəxs yaxma götürülməzdən əvvəl ən azı 3-4 saat ərzində çay, su və digər mayelər qəbul etməməli, yemək yeməməlidir. Belə ki, bu faktorların PCR reaksiyasının dəqiqliyinə çox böyük təsiri olur.
Eyni zamanda, PCR laboratoriyası səyyar xidmət də göstərir. Pasiyentin ünvanına gələrək ondan koronavirus (COVID-19) testi üçün nümunə götürülür. Daha test vermək üçün sərnişinin Hospitala gəlməsinə ehtiyac qalmır.
Qaydalara uyğun olaraq yalnız test nəticəsi neqativ olan sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuşlara buraxılır. Test nəticəsi ingilis dilində də təqdim oluna bilər.
Qeydiyyatdan keçmək və ətraflı məlumat almaq üçün (012) 404 08 08 nömrəsinə zəng vurmaq mümkündür.

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb