Avropa İttifaqının Ali Nümayəndəsindən Azərbaycanla bağlı mühüm - MESAJ

Avropa İttifaqının Ali Nümayəndəsindən Azərbaycanla bağlı mühüm - MESAJAvropa İttifaqının Ali Nümayəndəsindən Azərbaycanla bağlı mühüm - MESAJ
Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Federika Moqerini bu ilin noyabrın 27-də Avropa Parlamentinin şərq qonşuluğunda inkişaf mövzusunda keçirilən müzakirələrində çıxış edib.
Oxu.Az-ın məlumatına görə, Ali Nümayəndə son beş il ərzində Şərq Tərəfdaşları ilə işləmək imkanından bəhs edib.
O, 2014-cü ildə vəzifəyə gəldiyi zaman bu məsələnin Aİ-nin xarici və təhlükəsizlik siyasəti gündəliyinin ən mühüm elementlərindən biri olduğunu qeyd edib.
F.Moqerini hazırda Aİ-nin Şərq Tərəfdaşlarına daha da yaxın olduğunu vurğulayıb.
Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlər haqqında bəhs edən F.Moqerini, Aİ-nin Azərbaycan ilə yeni Sazişi yekunlaşdırmaq üçün işi davam etdirdiyini bildirib.
O, beynəlxalq standartlara uyğun olaraq, insan hüquqlarından iqtisadiyyatın şaxələndirilməsinin dəstəklənməsinədək müxtəlif məsələləri əhatə edən ambisiyalı sazişin arzu edildiyini vurğulayıb.
Aİ-nin Ali Nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün işin, Ermənistan və Azərbaycan arasında ən yüksək səviyyədə dialoqun dəstəklənməsinin və təşviq edilməsinin davam etdiriləcəyini bildirib.
Aİ-nin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik səylərini və təkliflərini, Aİ-nin Xüsusi Nümayəndəsinin fəaliyyəti vasitəsilə daxil olmaqla, dəstəklədiyi vurğulanıb.
Qeyd etmək lazımdır ki, Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilən bu çıxışın Azərbaycanla bağlı, xüsusilə də münaqişənin həllindən bəhs edən paraqrafına daxil edilmiş "Azərbaycan" keçidi oxucunu bu ilin aprel ayında Brüsseldə keçirilmiş Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 16-cı iclasının mətbuat konfransına istiqamətləndirir.
Xatırladaq ki, sözügedən mətbuat konfransı zamanı Ali Nümayəndə F.Moqerini Azərbaycanı Aİ-nin çox mühüm tərəfdaşı adlandırıb. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün Aİ tərəfindən tam şəkildə dəstəkləndiyini vurğulayıb. /oxu.az

Siyasi       Tarix: 30 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxeberler qarabag maliyye xeberler bugun son xəbərlər azərbaycanda