Avrora Qrup iki beynəlxalq sertifikat alıb: İSO 14001:2015 və İSO 45001:2018

Avrora Qrup distributor və istehsalçı şirkət kimi ölkəmizin aparıcı qida şirkətlərindəndir.
Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan "Avrora Qrup"un portfoliosuna "Danone", "Ehrman", "Arla", "Rollton", "Hochland", "Pernod Ricard", "Diageo", "Jagermeister", "Gruppo Campari", "Brown Forman", "Bacardi Limited" və s. kimi aparıcı şirkətlər daxildir. Bundan başqa, şirkət bazarda həm də istehsalçı kimi tanınır.
Avrora Qrupun istehsalat sahələrini özündə birləşdirən "Avrora Sənaye Parkı"nda Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon dioksid fabriki, Un istehsalı fabriki vardır. Fabriklərdə Avstriyanın "Buhler", "Frans Haaz", İtaliyanın "İmaforni", "CFT", "Favo" və digər avadanlıqlar quraşdırılmışdır.
Bu fabriklər İSO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi və İSO 9001:2015 Keyfiyyətin İdarəedilməsi Sistemi əsasında fəaliyyət göstərir.
Qeyd olunan fabriklərdə "Doymak", "Lafarella", "Günaydın", "Tanelli" markalı makaronlar, "Doymak" və "Günaydın" markalı unlar, "Bizon" və "Go" qazlı vitaminləşdirilmiş içkilər, "Çinarlı" süfrə suyu, "Kreki" krekerləri, "Sladena" və "Borowski" peçenyeləri, "Lafarella" və "Sladok" vafliləri istehsal olunur.
Avrora Qrup istehsal müəssisələrində ətraf mühitin qorunması, əməkdaşlarının daha sağlam və təhlükəsiz şəraitdə çalışması üçün səylərini davam etdirir.
Bütün bunların uğurlu nəticəsi olaraq şirkət İSO 14001:2015 "Ətraf mühiti idarəetmə sistemi" və İSO 45001:2018 "Peşə sağlamlığı və təhlükəsizliyinin idarəedilməsi sistemi" beynəlxalq sertifikatlarına layiq görülüb.
Avrora Qrup iki beynəlxalq sertifikat alıb: İSO 14001:2015 və İSO 45001:2018

İqtisadiyyat       Tarix: 15 noyabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c


azerbaycan xeberleri yeni xeberler son xeberler krminal bu gun meherremlik 2026 siyaseti xeberler bugun cəbhədən son məlumatlar