Avstraliyada qadın ölümcül xəstəlikdən sonra sağ qalıb
Avstraliyada qadın ölümcül xəstəlikdən sonra sağ qalıb
Avstraliyalı qadın mal-qara və marallara ziyan vuran "Clostridium chauvoei" bakteriyası ilə nadir və eyni zamanda ölümcül infeksiya nəticəsində sağ qala bilib. Daha əvvəl məlum olan insanların bu mikroorqanizmə iki yoluxma halı ölümlə nəticələnib.
Məlumdur ki, xəstəliyin klinik əlamətləri üzə çıxmazdan az əvvəl qadın bağçada əlcəksiz işləyib. Eyni zamanda, ev pişiyinin onun əlini cırması nəticəsində əllərində çoxsaylı cırmaq izi olub.
Həkimlərin sözlərinə görə, çox vaxt torpaqda rast gəlinən bakteriya xəstənin bədəninə zədələnmiş dəri vasitəsilə daxil olub.
İnək, qoyun, uzunqulaq və camışlarda "Clostridium chauvoei" emkar (emfizematoz karbunkul) kimi tanınan ağır qeyri-yoluxucu xəstəliyə səbəb olur və çox vaxt heyvanın ölümü ilə nəticələnir. Amma insanların bu bakteriyaya yoluxması müstəsna haldır.
Qadın demək olar ki, üç gün evdə həzm pozğunluğundan, qarın və əzələlərdə çox şiddətli ağrılardan əziyyət çəkib. Həkimlər ehtiyat tədbiri olaraq xəstəyə antibiotik terapiyası təyin ediblər ki, bu da çox ehtimal ki, onun həyatını xilas edib. Çünki nəhayət diaqnoz qoyulanda xəstə artıq ölmüş ola bilərdi.
Bu halda qadının bağırsağının bir hissəsi kəsib götürülməli və hiperbarik oksigen terapiyası təyin edilməli olub.
Alimlərin fikrincə, xəstəliyin ilkin mərhələsində müalicəyə başlanıldığı üçün xəstə sağ qala bilib.
Mənbə: The Guardian / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR