Axmaq ərə dözməyən "müqəddəs zülmət", tanrını gülümsədən məxluqlar: Qadın olmaq necədir? - SORĞU + FOTO

Axmaq ərə dözməyən Axmaq ərə dözməyən "müqəddəs zülmət", tanrını gülümsədən məxluqlar: Qadın olmaq necədir? - SORĞU + FOTO
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Sevildiyini hər an hiss edənin də, bircə xoş söz üçün ilin ancaq bu gününü gözləyənin də, təbrik almayanda belə, səbirlə gözləməyi bacaranın da bayramıdır.
Qadın olmağın yükünü, sevincini hər kəs bir cür anlayır. Maraqlıdır, bəs Azərbaycan xanımlarının cəmiyyətdəki yeri necə qiymətləndirilir?
Oxu.Az-ın əməkdaşı 8 Mart münasibəti ilə məşhur qadınlar və kişilər arasında sorğu keçirib. Respondentlərə yeddi sual verib:
Qadın olmaq nə deməkdir? Qadını nə xoşbəxt edir? Qadına neçə yaş arzulayırsınız? Qadınlar həyatdan nə istəyirlər? Qadını ən çox nə qorxudur? Hansı hədiyyə bütün günahları yuyar? Qadından dost olarmı?
Bir də xahiş edib ki, "Sev ki, sevən mərd olar, sevməyən..." fikrini tamamlasınlar.
Məşhurlarımızın hər birinin özünəməxsus cavabları var.
Müğənni Elnarə Xəlilova qadınların sevildiklərinin fərqində olaraq yaşamaq istədiklərini qeyd edib:
Axmaq ərə dözməyən "Qadın ilk növbədə ana olmaq deməkdir. Onun missiyası ilk növbədə ana olmaqdır. Daha sonra artıq xanım, bacı, xala, bibi, nənə, müəllimə, həkim və s. olmasıdır.
Qadını bir təbəssüm, mülayim rəftar, gözəl davranış, xoş söz, balaca bir diqqət və qayğı da xoşbəxt edə bilər. Vacib deyil, məhz nə isə bir hədiyyə olsun. Qadınlar yüz yaş yaşamalıdırlar. Qadın doya-doya yaşamaq istəyir. Sevildiyini bilə-bilə yaşamaq istəyir".
E.Xəlilova qadınların tək qalmaqdan qorxduqlarını bildirib. Müğənninin fikrincə, hər həftəsonu qadınla bərabər, bütün ev işlərini görən kişinin günahlarını bağışlamaq olar.
"Qadından dost, əlbəttə ki, olar. Allah qadını elə Adəm peyğəmbərə dost, yoldaş olaraq göndərdi", - o bildirib.
Məşhur ifadəni tamamlamağa gəlincə, müğənni deyib ki, sevməyən adamdan qorxmaq lazımdır:
"Sev ki, sevən mərd olar. Srağagün balaca oğlum sinif yoldaşlarından bir epizod mənə danışdı. Dedim, oğlum, sevməyi bacarmayan insanlardan qorxmaq lazımdır, sevməyi bacaranlardan yox. Sevən adamdan heç vaxt kiməsə pislik gəlməz".
Dizayner Vəfa İsazadə qeyd edir ki, qadının həyatında sevgi, rifah və dəyər varsa, xoşbəxtdir:
Axmaq ərə dözməyən "Qadın - qüvvədir. Qadın olmaq - ana, bacı, həyat yoldaşı, sevgili deməkdir. Qadın adını daşımaq fəxrdir.
Qadın ən xırda şeylərdən belə, xoşbəxt ola bilir. Onu ilk növbədə könül rahatlığı, sağlamlıq, sevgi, diqqət, qayğı xoşbəxt edir.
Qadınlar hər yaşda gözəldirlər. Özünü hansı yaşda xoşbəxt hiss edirsə, o yaşı arzu edirəm. Elə qadın var, özünü 25, eləsi də var, 60 yaşda xoşbəxt hiss edir. Qadınlara onları xoşbəxt hiss etdirəcək yaşı arzu edirəm.
Qadınlar həyatdan çox şey istəyirlər, ilk növbədə öz ayaqları üzərində dayanmağı. Bütün qadınlar istəyərlər ki, savadları, təhsilləri, peşələri olsun. Bir də ana olmaq istəyirlər. Bütün qadınlara ana olmağı arzu edirəm. Qadınları tək qalmaq qorxudur. Bununla yanaşı, onları yalan, zərbə almaq, yanılmaq da qorxudur. Arzu edirəm, heç bir qadın tək qalmasın, zərbə almasın. Yalanlara uğramasın".
"Elə günahlar var ki, onları bağışlamaq olmur. Hədiyyə ilə günahı yumaq fikrinə ciddi yanaşmıram. Günahlar hədiyyə ilə yuyulmalı olsaydı, hamı istədiyi günahları işlədərdi. İnsanlar günah işlər görməməyə çalışmalıdırlar. Günah işləmə ki, hədiyyə ilə yumaq məcburiyyətində də qalmayasan. Heç bir hədiyyə günahı yuya bilməz.
Qadın dostluqda kişilərə nisbətən daha mərd, dürüst olur. Qadın yaxşı dost və arxa-dayaqdır. Sev ki, sevən mərd olar, sevməyən sevgilisiz olar", - deyə V.İsazadə fikrini tamamlayıb.
Aktrisa Naibə Allahverdiyeva qadınların hər zaman əzab-əziyyətə düçar olduqlarını bildirib:
Axmaq ərə dözməyən "Qadının ümumiyyətlə bəşəriyyətdə rolu böyükdür. Qadın olmasa, insan artımı da olmaz. Qadın olmaq çətindir. Qadınlar dünya yaranandan mənəvi və fiziki yük daşıyırlar. Onlar çox həssasdırlar. Qadını sevgi, diqqət, qayğı xoşbəxt edir.
Qadın gözəllik simvoludur. Bu, təkcə xarici görkəmə aid deyil. Qadın üçün hər şey gözəl olmalıdır. Qadın Allahın əmanəti olaraq kişilərə verilib. Lakin təəssüf ki, kişilər xəyanət edirlər".
N.Allahverdiyeva qadınların diqqətsiz qalanda mənəvi iztirab çəkdiklərini söyləyib:
"Qadınları tənhalıq qorxudur. Kişilərə nisbətən qadınlar daha həssasdırlar.
Qadınlar nə qədər çox yaşasalar, dünya gözəlləşər. Qadın qadınlığını itirməməlidir. Ölən günə qədər xanım-xatın davranmalıdır. Qadın özünü qorumalı, ondan istifadə olunmasına imkan yaratmamalıdır. Bütün qadınlar hədiyyələri sevirlər. Lakin sən ona elə mənəvi zərbə vura bilərsən ki, dünyanı da versən, bağışlamaz. Hədiyyə də mənəvi olmalıdır".
Aktrisa qeyd edib ki, dünyanın heç bir yerində axmaq ərinə dözən qadın yoxdur:
"Bəzi kişilər sözlərinin üstündə dayanmırlar. Qadınlar isə əksinə. Azərbaycan qadınları çox mərd və qeyrətlidirlər, zəhmetkeşdirlər.
Dünyanın heç bir yerində axmaq ərinə dözən qadın yoxdur. Kişilər sevginin nə olduğunu bilmirlər. Ailədə isə qarşılıqlı anlaşma şərtdir.
Qadın ölümlərinin artması məni çox kədərləndirir. Bizim qadınlarımıza qarşı belə davranış olmamalıdır. Gənc analar fiziki hazırlıqlı olmalı, özünümüdafiəni bacarmalıdırlar. Kişi guya qadını sevir, sonra evinin xanımı edir, sonda isə qatilinə çevrilir".
"Sev ki, sevən mərd olar, sevməyən... bu dünyaya gərəksiz olar. Allah bizi sevgi ilə yoğurub. Sevgisiz insan bu dünyaya gərək deyil. Sevgi olmasa, dünya alt-üst olar. Bütün müharibələr sevgisizlikdən yaranır", - deyə N.Allahverdiyeva qeyd edib.
Xanəndə Gülyanaq Məmmədova həmcinslərini təbrik edib:
Axmaq ərə dözməyən "Qadın - xanım-xatınlığı, zərifliyi, gözəlliyi, isməti, əxlaqı, hörməti, sevgini - hər bir şeyi özündə cəmləşdirən varlıqdır. Qadın anadır. Bütün gözəlliklər qadın sözündə cəmləşir. Hər kəsi ürəkdən təbrik edirəm".
Deputat Aqil Abbas qeyd edib ki, qadın müqəddəs zülmətdir:
Axmaq ərə dözməyən "Qadın - ana, bacı, qız, nəvədir. Qadın Allahdan sonra yaradandır. Qadının bətnində uşaq yaranır. Qadın müqəddəs zülmətdir. Qadını səmimiyyət, mehribanlıq xoşbəxt edir. Mən düşünürəm ki, xoşbəxtlik var-dövlətdə deyil".
A.Abbas xanımının ondan çox yaşamasını istədiyini bildirib:
"Qadınıma məndən çox yaşamağı arzu edərdim. İstəyirəm ki, öləndə üstümdə ağlayanım olsun. Qadın yoldaşından öncə ölürsə, yoldaşı da ölmüş kimi olur. Qadın - həyatdır.
Qadınlar xoşbəxtlik, sevgi istəyirlər. Təklik həm kişiləri, həm qadınları qorxudur. Allah heç kəsi tək qoymasın. Qadınların sevinci övladlarıdır. Övladlarını xoşbəxt görmək arzularıdır.
Qadından yaxşı dost olar. Mənim də qadın dostlarım olub. Niyə olmasın?! Qadına normal yanaşmaq lazımdır, başqa niyyətlə yaxınlaşmaq dostluq deyil. Bu, hər iki tərəfdən asılıdır.
Günah var ki, onu heç nə ilə yuya bilməzsən. Xətrinə dəy, sonra gül al ki, bağışla... Düzgün deyil.
Sev ki, sevən mərd olar, sevməyən namərd olar. Sevən adam mərd olur. Mən də orta məktəbdə müəllimimi, sinif yoldaşımı, tələbə yoldaşımı sevmişəm. Lakin əsl sevgim ilə ailə həyatı qurmuşam. Qırx beş ildir, bir yerdəyik".
Yazıçı Seyran Səxavət bildirib ki, qadınları hər zaman sevindirmək lazımdır:
Axmaq ərə dözməyən "Romanımda da var. "Qız sevinəndə Allahın dodaqlarına da təbəssüm qonur. O, bəşəriyyətə qarşı daha çox mərhəmətli olur". Xanım xoşbəxt olması üçün başını aşağı salıb, ailəsi və işi ilə nəfəs almalıdır. Bu, əslində, rahatlıqdır.
Gender bərbərliyi adı altında qadınları hərifləyib, işlədirlər. Evdə və ailədə o qədər iş var. Çöldə də işləməkləri ürəyimi ağrıdır. Bir evin xanım-xatını olmaq dünyanın bütün karyeralarına dəyər".
Yazıçı qadınların həyatda çox şey istədiklərini bildirib:
"Qadınlar həyatdan hər şey istəyirlər. Qadınların nəfsi çoxdur. O qədər şey istəyirlər ki, axırda da nə istədiklərini bilmirlər. Qadını təklik qorxutmur, ərinin onu boşaması qorxudur".
S.Səxavət günah işləyəndən sonra xanımına hədiyyə alanlardan bəhs edib:
"Əgər bir kişi günah işlədir, sonra babat hədiyyə alıb verirsə, qadın da günahından keçirsə, elə kişi ona qarşı həmişə günah işləsə, yaxşıdır. Bu, düzgün deyil. Sanki mənəviyyatı alverə çıxarırlar".
"Qadınlara demək istəyirəm ki, ay gözəl xanımlar, xırda şeylərə sevinməyi bacarın.
Sev ki, sevən mərd olar, sevməyən... bədbəxt olar. Sevgi hissi olmalıdır. Sevgini də layiq bildiyin adamlara ötürməlisən. Ötürməsən, tərkibin dəyişər. Başlayar o səni zəhərləməyə. Mən sevdiyim adamlara borcluyam. Onları sevə-sevə Seyran Səxavət olmuşam", - deyə yazıçı əlavə edib.
Nəzrin Vahid


Maraqlı     Baxılıb: 91   Tarix: 08 mart 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

2024-cü ildə ən çox satılan smartfon hansıdır? - SİYAHI

2024-cü ildə ən çox satılan smartfon hansıdır? - SİYAHI. 2024-cü ildə dünyada ən çox satılan telefon markalarının adları açıqlanıb. Məlum olub ki, bunlar "Apple" və "Samsung"dur. -ın məlumatına görə, b

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

1990-cı illərdə radardan itən kosmik zond aşkarlandı

1990-cı illərdə radardan itən kosmik zond aşkarlandı. ABŞ-də mütəxəssislər 1990-cı illərdə yoxa çıxan "S73-7" eksperimental peyki tapıblar. Peyki Harvard-Smitson Astrofizika Mərkəzinin alimləri aşkarlayıblar. Qey

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

Mədəniyyət AFİŞASI: Bakıda bu həftə hansı tədbirlər olacaq? - FOTO

Mədəniyyət AFİŞASI: Bakıda bu həftə hansı tədbirlər olacaq? - FOTO. yaxın günlərdə baş tutacaq tədbirləri bir siyahıya toplayıb. Burada mayın 6-dan 12-dək Azərbaycanın paytaxtında keçiriləcək tamaşalar, konsertlər, sərgilər


tezbazar yeni xeberler azerbaycan xeberleri son xeberler kriminal sou xeberler bugun hava haqqinda xeber saytlari