Axşamlar yüksələn temperatur hansı xəstəliklərdən xəbər verir? - AÇIQLAMA
Axşamlar yüksələn temperatur hansı xəstəliklərdən xəbər verir? - AÇIQLAMA
Həkim-terapevt, kardioloq, endokrinoloq Tatyana Romanenko axşam saatlarında bədənin temperaturunun yüksəlməsinin hansı xəstəliklərdən xəbər verməsi məsələsinə aydınlıq gətirib.
"Arqumentı i faktı" qəzeti yazır ki, mütəxəssisin fikrincə, bədənin temperaturunun 37 dərəcəyə qədər yüksəlməsi norma daxilində tərəddüddür və buna xüsusi diqqət yetirmək lazım deyil.
Temperatur 37,5 dərəcəni keçdiyi halda narahat olmağa dəyər.
Həkim bildirir ki, bu cür subfebril temperaturun səbəbləri müxtəlifdir və fizioloji da ola bilər: fiziki yük, isti yemək və ya müəyyən dərmanların qəbulu, həmçinin, qadınlarda aybaşıdan əvvəlki vəziyyət və alkoqol temperaturun bu cür yüksəlməsinə gətirib çıxarmaq iqtidarındadır.
Eyni zamanda, patoloji səbəblər də istisna olunmamalıdır. İlk növbədə, soyuqdəymə axşam saatlarında temperaturun qalxmasına səbəb olur. Romanenko qeyd edir ki, ləng inkişaf edən iltihabi xəstəliklərdə də belə hallar müşahidə olunur.
"Bunu müəyyənləşdirmək üçün C-reaktiv zülala analiz vermək lazımdır", - deyə ekspert bildirib.
Bundan əlavə, hormonal pozğunluqlar və ya qalxanvari vəzinin işində problemlər temperaturu qaldırır. Bir çox onkoloji xəstəliklərdə də axşam saatlarında bədənin hərarəti yüksəlir.
"Bədənin temperaturunun tənzimlənməsinin pozulmasına gətirib çıxaran termonevroz adlanan əsəb xəstəliyi də var", - Romanenko deyib. Bu zaman nevropatoloqa müraciət edilməlidir. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb