Aydın Hüseynov: "Yeni qanun bazarda süni qiymət artımının qarşısını alacaq" - AÇIQLAMA + FOTO

Aydın Hüseynov: Aydın Hüseynov: "Yeni qanun bazarda süni qiymət artımının qarşısını alacaq" - AÇIQLAMA + FOTO
"Dövlət ehtiyatları haqqında" yeni qanun layihəsi oktyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.
"Azərbaycanda "Dövlət ehtiyatları haqqında" yeni qanun qəbul edildikdən sonra istehlak bazarında strateji ərzaq məhsullarının qiymətində kəskin artımların qarşısının alınacağı ilə bağlı fikirlər səslənir.
Bəs görəsən, hansı standartlar, yeniliklər tətbiq edəcəklər? Ərzaq məhsullarının qiymətlərində azalma müşahidə oluna bilərmi?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, qanununa əsasən, ölkədə strateji məhsulların dövlət tərəfindən alınması nəzərdə tutulub:
Aydın Hüseynov: "Dövlət ehtiyatları haqqında" qanun layihəsi iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olundu. Müzakirədə iqtisadiyyat nazirliyinin əməkdaşları və məsul şəxslər iştirak etdilər. Qanunun mahiyyəti ilə bağlı geniş təqdimat həyata keçirildi. Qanuna əsasən, ölkədə strateji məhsullar olan ərzaq, yanacaq və dərman vasitələrinin dövlət tərəfindən alınması nəzərdə tutulur".
Millət vəkili qeyd edib ki, strateji məhsulların dövlət tərəfindən alınması bazarda süni qiymət artımının qarşısını alacaq:
"Vətəndaşlar tam arxayın olacaqlar ki, bu məhsulların istənilən vəziyyətdə qıtlığı olmayacaq. Çünki dövlət ehtiyatını formalaşdırır. Vətəndaşda bu qanun layihəsi tam əminlik yaradacaq. Qiymət şişirdilməsinin qarşısı alınacaq. Dövlət ehtiyatların yaradılması vətəndaşların sosial rifahını yaxşılaşdıracaq. Bununla yanaşı vətəndaş dövlətə inamına da müsbət təsiri olacaq".
İqtisadçı-ekspert Rəşad Həsənov qeyd edib ki, layihə olduğu kimi qəbul edilərsə, bazara daha çevik müdaxilə imkanları yaranır:
Aydın Hüseynov: "Əslində əvvəlcədən bu istiqamətdə mövcud hüquqi baza var idi. Sadəcə bu həmin hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə hazırlanmış layihədir. Layihə olduğu kimi qəbul edilərsə, bazara daha çevik müdaxilə imkanları yaranır. Layihənin özünün əhatə dairəsi genişləndirilir. Həm məhsul çeşidlənməsi, həm də monitorinqlərin aparılması nəticəsində xüsusilə strateji ərzaq təhlükəsizliyi baxımından məhsul növləri müəyyən edilir. Monitorinq nəticəsində tələb və təklif pozulması da üzə çıxır. Dövlət ehtiyatlarının fəaliyyəti və qurumların məqsədlərinin konkretləşməsi öz əksini tapır".
"Özəl sektorunun iştirakı ilə ehtiyatların qısa və orta müddətli formalaşdırılması məsələlərinin əhatə dairəsinin hüquqi əsasları müəyyən edilir.
Məhsulların qiyməti deməzdim ki, aşağı düşəcək. Qanunvericilik bu istiqaməti nəzərdə tutmur. Sadəcə sərt bahalaşmanın qarşısı alınacaq. Strateji əhəmiyyət daşıyan və ərzaq təhlükəsizliyi üçün vacib, istehlak səbətində əhəmiyyətli olan məhsul növləri üzrə müvafiq ehtiyatların yaradılması və bazar tənzimləmələrin aparılmasından söhbət gedir", - deyə R.Həsənov əlavə edib.
Nəzrin Vahid

Maraqlı       Tarix: 10 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber az xeberlər maraqlı xəbərlər sonxeber