Aygün Kazımovanın yeni layihəsindəki ilk ad açıqlandı
Xalq artisti Aygün Kazımova estrada aləmində daha bir yeniliyə imza atıb.
azxeber.com xəbər verir ki, Pop kraliça yeni albom hazırlayır. Fərqlilik isə ondan ibarətdir ki, albomda Kazımova yox, şou-biznesin məşhur simaları yer alacaqlar.
Onlar müğənninin mahnılarını səsləndirəcəklər.
Bununla bağlıdanışan müğənni İradə İbrahimova layihədə yer almasından danışsa da, mahnının adını sirr saxlayıb:
"Daha əvvəl də Aygün Kazımovanın repertuarından mahnı oxumuşam. Elə indiki ifam da həmin mahnıdan yola çıxıldı. Əslində mən başqa mahnı oxumaq istədim, həmin ifanın yenidən olmasını istəmədim və onlar da razılaşdılar. Mənə siyahı atıldı və ən çox bəyəndiyimi seçdim. Xoşbəxtəm ki, bu layihənin içərisində yer aldım. Amma etiraf edim ki, Aygün Kazımovanın mahnısını oxumaq asan deyil. Ümid edirəm ki, Aygün xanım qədər olmasa da, mahnını sevdirə biləcəyəm. Mahnıya Aygün şirinliyi vermək çətindir. Onun özünəməxsus səs tonu, oxuma tərzi var. Bunu isə etmək olmur. Kənardan asan görünə bilər, amma çox çətindir".
"Aygün Kazımovanın çox çətin dəsti xətti var. Onun mahnıda qəribə jestləri, manevrləri olur. Onları necə yaratmaq və nə ilə əvəz etmək düşündürücüdür. Mən də çalışdım o topa girməyim, İradə kimi oxudum. Mən Vaqif Gərayzadənin "Rəhm eylə" mahnısını da oxumaq istədim. Amma gördüm ki, çox çətindir. Bu daşın altına girmək istəmədim və kənara çəkildim. Albomda çox sayda həmkarım yer alacaq. Hələ heç birinin ifasını eşitməmişəm".

Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib