AYİB: Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində qoyulan özəl investisiyalardan fayda görəcək
Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində mütərəqqi layihələrə qoyulan özəl investisiyalardan fayda görəcək.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) bildiriblər.
Qeyd olunub ki, özəl sektor tərəfindən bərpa olunan enerji mənbələri sahəsinin inkişafı enerji sistemlərini daha səmərəli, ekoloji cəhətdən təhlükəsiz və dayanıqlı etməyə kömək göstərəcək:
"Enerji istehsalının 90 faizinin dövlət şirkətlərinin payına düşən Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində mütərəqqi layihələrə qoyulan özəl investisiyalardan xüsusilə fayda görəcək. Bundan başqa, bərpa olunan enerji mənbələri potensialının səmərəli istifadəsi daha çox təbii ehtiyatı bahalı ixrac bazarlarına yönəltməyə və eyni zamanda ölkə iqtisadiyyatını şaxələndirməyə kömək edəcək".
Bankdan bildiriblər ki, istənilən ölkədə enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji mənbələrinin inkişafı üzrə tədbirlərin hazırlanması və tətbiqi iqtisadi artıma kömək edir, məşğulluq üçün yeni imkanlar yaradır, insanların rifahını artırır və iqlim baxımından təhlükəsiz gələcəyə xidmət edir:
"Bərpa olunan enerji mənbələrinin istifadəsinə investisiyaların çoxalması iqtisadi artıma müsbət təsir göstərir, bu isə bütün iqtisadiyyatda dalğa effekti yaradır. Bərpa olunan enerji mənbələrinə böyük tələbat, həmçinin bu sektorda çoxlu iş yerləri yaradacaq".
Milli.Az /news.milli.az
Xidmetler [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar