AYİB real sektorun maliyyələşdirilməsində Bank Respublikaya dəstək verəcəkdir

AYİB real sektorun maliyyələşdirilməsində Bank Respublikaya dəstək verəcəkdirÖlkənin ən böyük kommersiya banklarından biri olan Bank Respublika, Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) növbəti kredit tranşını alıb. 2019-cu ildə imzalanan müqavilələrə əsasən, Bank birinci tranşın vəsaitlərini uğurla sərf etmiş, bu da Bank Respublika müştərilərinə böyük dəstək və maliyyələşdirmə imkanı yaratmışdır.
İkinci tranşlar da həmçinin mikro, kiçik və orta biznes layihələrinin maliyyələşdirilməsinə, üçdə biri isə Avropa Birliyinin (AB) dəstəyi ilə EU4Business təşəbbüsü ilə həyata keçirilən AzAFF proqramı çərçivəsində kənd təsərrüfatı sahəsinə yönəldiləcəkdir. Qeyd etmək vacibdir ki, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi bankın fəaliyyətinin əsas strateji istiqamətlərindən biridir.
Cəlb olunmuş vəsait regionlarda, xüsusən də kənd yerlərində fəaliyyət göstərən sahibkarların maliyyələşdirilməsinə yönəldiləcəkdir. Milli valyutada olan kredit ölkədə biznesin kreditləşmə imkanlarını daha da genişləndirəcək, eyni zamanda, maliyyələşdirilməsi üçün daha sabit şəraitin yaradılmasına kömək edəcəkdir.
"Biz, AYİB-in uzun fasilədən sonra  ötən ilin dekabrında Azərbaycanın maliyyə bazarına Bank Respublika ilə qayıtmasını çox yüksək qiymətləndiririk. Mövcud pandemiya şəraitini nəzərə alaraq, növbəti kredit tranşının ayrılması, nəhəng beynəlxalq maliyyə qurumlarından biri olan AYİB-in bankımıza olan böyük inamının təsdiqidir. Cəlb olunan vəsait bizə real sektora, xüsusən də regionlarda kiçik və orta sahibkarlığa kredit dəstəyini gücləndirməyə və ölkənin qeyri-neft sektorunun inkişafına töhfə verməyə imkan verəcəkdir " deyə "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
"Şübhəsiz ki, biz etibarlı tərəfdaşımız olan "Bank Respublika"ya və onların vasitəsilə kiçik və orta biznes müəssisələrinə, kənd təsərrüfatı sahəsinə dəstək olmaq imkanına malik olduğumuz üçün çox məmnunuq. Bu, Covid-19-un yaratdığı yeni reallıqlarda xüsusilə vacibdir " deyə AYİB-in Bakı ofisinin rəhbəri İvan Duarte vurğulayıb.
Bank Respublika - Azərbaycanın universal maliyyə bankıdır, səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu təmsil olunur - KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. /news.milli.az

İqtisadiyyat       Tarix: 20 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeber sonxeber az şou biznes xəbərləri metbuat